Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq... | Eurasia Diary - ednews.net

17 Noyabr,


Məleykə Abbaszadədən 800 abituriyentə misilsiz xeyirxahlıq...

Cəmiyyət A- A A+

Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin Qurban bayramı öncəsi 800 ailəni özünəməxsus şəkildə sevindirib. 

Erurasia Diary xəbər verir ki, "moderator.az" saytının əldə etdiyi məlumata görə, M.Abbaszadə bu ilki qəbul imtahanları zamanı yüksək bal toplamaqla potensial olaraq ali məktəbə daxil olmaq haqqına sahiblənən, amma milli mentalitetimizdən irəli gələn səhlənkarlıq və arxayınçılıq səbəbindən bu haqqı itirmək təhlükəsində qalan 800 abituriyentlə bağlı olduqca xeyirxah bir addım atıb. 
 
Müddətin başa çatmasına günlər deyil, saatlar qalmış DİM rəhbərinə məruzə olunub ki, yüksək bal toplayan 800 abituriyent ixtisas seçimi mərhələsində ali məktəbi seçdikdən sonra öz elektron ərizələrini təsdiq etməyi naməlum səbəbdən "unudublar". DİM rəhbəri dərhal göstəriş verib ki, həmin abituriyentlərin evlərinə bir-bir zəng vurulub baş verənlər onlara izah edilsin. Eşitdikləri xəbərdən ailələr şoka düşüblər ki, onlar bu işi - yəni, sənədi təsdiq etməyi bəzi hallarda qohum-qonşuya, və ya müəllimlərə və hətta pul qarşılığında "ekspert" kimi özünü tədim edən şəxslərə həvalə ediblər, həmin şəxslərsə abituriyentlərin və onların valideynlərinin etibarını doğrultmayaraq bunu təsdiq etməyi "unudublar". 
 
Beləcə "həyəcan siqnalı" ilə ayağa qaldırılan valideynlər qısa zamanda onları gözləyən real təhlükəni önləyə biliblər və M. Abbaszadənin bu xeyirxahlığını heç zaman unutmayacaqlarını bildiriblər. 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...