Hansı deputatlar qurban kəsdi, hansılar kəsmədi? “Maaşla yaşayan deputatam, seçicilərim də məni yaxşı anlayır”

Cəmiyyət 12:18 14.08.2019

Azərbaycanda avqustun 12-13-də Qurban bayramı qeyd olundu. İmkanlı şəxslər, niyyət edən insanlar qurban kəsərək, yoxsullara, maddi imkanı aşağı olan şəxslərə qurban əti payladılar.

Deputatlar arasında da qurban kəsənlər, kəsməyənlər olub. Eurasia Diary-nin verdiyi xəbərə görə, modern.az-ın Milli Məclisin üzvləri arasında keçirdiyi sorğudan məlum olub ki, deputatların böyük əksəriyyəti Qurban bayramında imkansız ailələri sevindiriblər.

Parlamentin İctima birliklər və dini qurumlarla iş komitəsinin sədri Siyavuş Novruzov Qurban bayramını yaxşı keçirdiyini qeyd edib. S. Novruzov da qurban kəsib:

“Azərbaycan xalqı öz milli-dini ənənələrinə sadiq qalaraq, bayramı qeyd etdi. Hamı bir-biri ilə bayramlaşdı. İmkanı olan şəxslər qurban kəsib, imkansızlara payladı. Yəni bu, çox nümunəvi bayramdır. Doğrudan da Qurban bayramı hər il Azərbaycanda çox yüksək səviyyədə keçirilir.

Mən özüm də qurban kəsdim. Hər dəfə olduğu kimi, bir qurbanı vaxtilə yaşadığım yataqxanaya, orda yaşayanlara apardım. Yasamalda yerləşən aspirantlar yataqxanasıdır. Mən 1990-98-ci illərdə orda yaşamışam. Artıq neçə illərdir ki, hər Qurban bayramında bir yaxşı qoç kəsirəm və ordakı bütün mənzillərə paylanılır. Orda yaşayanlar məni yaxşı tanıyır. Bundan əlavə, 3 qurbanlıq da kəsdim. İnsanlar var ki, onların imkanlarının olmadığını bilirəm, onların arasında bölüşdürüldü. Yəni mənim tərəfimdən 4 qurbanlıq kəsildi”.

Komitə sədri qurbanlıq heyvanları aldığı qiyməti də açıqlayıb:

“Qiymət qurbanın çəkisindən asılıdır. Mən çalışdım ki, nisbətən iri heyvan olsun. İriləri təxminən 200 manata oldu. Ətin qiyməti ilə eyni oldu”.

Deputat Eldar Quliyev də qurban kəsib:

“Biz hər il cənab Prezidentin adından qurbanlar kəsib paylayayırıq. Əvvəllər məscidlərdə qurbanlıq paylayırdıq. Sonra gördük ki, qarışıqlıq düşür, ailələrə ev-ev paylamağa başladıq. Qabaqcadan siyahılar tuturuq. Bilgəhdəki, Maştağadakı, Zabratdakı, Nardarandakı ağsaqqallarla danışırıq. Yerdə qalanları isə məscidlərə paylayayırıq. Bu il də ən çox ehtiyacı olan ailələrə qurban əti verilib”. 

Fazil Mustafa da qurban kəsən deputatlar sırasındadır: 

“Bu il də qurban kəsdim. Təbii ki, seçicilərimizin hamısına qurbanlıq paylamaq imkanımız yoxdur. Ona görə, maddi imkanı aşağı olan şəxslərə, seçicim olan, yaxud olmayan ailələrə qurbanlıq paylanıldı. Bir neçə qurban kəsildi. Daha çox buna üstünlük verdim”. 

Deputat Aqil Abbas bu bayramda da ənənəsinə sadiq qalaraq, iki qurban kəsib:

“Hər il iki qurban kəsirəm, birini öz yaşadığım evin həyətində, digərini isə doğulduğum kənddə kəsirəm. Çox vaxt kənddə iki qurbanlıq kəsirilir, qohumlarım imkanı az olan camaata paylayırlar”.

Fəzail İbrahimli isə bu il qurban kəsməyib:

“İmkansız  seçicilər daim diqqətimizdədir. Amma əgər qurban kəsirsənsə, imkanlı-imkansız söhbəti getmir. Camaat hamısı istəyir ki, qurban payını alsın. Mən gedib qurban kəsib, seçicilərimə paylamamışam. Amma rayon rəhbərliyi səviyyəsində qurban kəsilib, paylanır. Həmkarlarım da bu məsələdə kifayət qədər ciddi addımlar atırlar. Mən isə maaşla yaşayan deputatam, biznesim də yoxdur. Ona görə, seçicilərim də məni yaxşı anlayır”. 

Deputat Vahid Əhmədov bildirib ki, Quba rayonunda qurban kəsərək imkansız sakinlərə paylayıb.

Deputat Cavanşir Paşazadə Qurban bayramının birinci gününü rayonda keçirib, elə qurbanını da orada kəsib:

“Qurbanlıq heyvanlar kəsildi, qurban ətləri imkansız ailələrə paylanıldı. Ehtiyacı olana maddi yardımlar da edildi. Allah bizə neçə belə gözəl bayramlar qismət eləsin”.

Zaqataladan seçilmiş deputat Kamilə Əliyeva qurban kəsdiyini söyləyib:

“Atalarımızın ənənəsini davam etdirirəm. Qurbanlarımı kəsib paylamışam. Allah hamının kəsdiyi qurbanları qəbul eləsin”.

Deputat Fəzail Ağamalı da qurban kəsdiyini və qonşular, imkansızlar arasında payladığını vurğulayıb.

Lənkəranlı deputat Rüfət Quliyev də qurban kəsib paylayıb. 

Rafael Cəbrayılov da qurban kəsən deputatlardandır:

“Əlbəttə, qurban kəsdim. Deputat olduğum müddətdə hər il imkansız seçicilərə qurban əti paylanılıb”. 

Deputat Cavid Osmanov seçildiyi rayonda qurban kəsərək, imkansız ailələrə paylayıb:

“Bayramda qurbanlıq kəsildi. Seçildiyim Ağdaş rayonunda rayon rəhbərliyi, rayon ictimaiyyəti vahid bir yerdə qurban kəsirlər. Mən də öz qurbanımı orada kəsdim. Şəhid ailələrinə, Qarabağ əlillərinə, kimsəsizlərə, tənha insanlara, maddi imkanı aşağı olan vətəndaşlara qurban əti paylanıldı”.

Milli Məclisin digər üzvü Araz Əlizadə isə həmkarlarından fərqli olaraq, qurban kəsməyib:

“İllərlə Qurban bayramını keçirtməmişik ki, o gün olsun, Şuşada qeyd edək. Ona görə, mən heç vaxt qurban kəsmirəm”. 

97 saylı Goranboy-Ağdam-Tərtər seçki dairəsindən Milli Məclisin üzvü Ağalar Vəliyevin təşəbbüsü ilə qurbanlıqlar kəsilib. Goranboy rayonunundan 410, Tərtər rayonunundan 90 və Ağdam rayonunundan 350, bütövlükdə isə 3 rayon üzrə 850 şəhid, əlil və aztəminatlı ailənin hər birinə millət vəkilinin adından Qurban bayramı münasibətilə təxminən 10 kq civarında bayram sovqatları çatdırılıb.

Deputat Elman Nəsirov isə tərəfimizdən yönləndirilən sualı cavablandırmamağı üstün tutdu:

“Mən bu sahədə atılan addımların reklamsız olmasının lehinəyəm”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Hamısı