Dövlət İmtahan Mərkəzi (DİM) bu gündən ali təhsil müəssiuələrinin boş qalan plan yerlərinə əlavə yerləşdirməyə start verir. Eurasia Diary saytı xəbər verir ki, boş qalan yerlərə ixtisas seçimi 15 - 19 avqust aralığında aparılacaq.
DİM-dən verilən məlumata görə, əlavə yerləşdirməyə 5785 plan yeri çıxarılıb. Bu yerlərin 2369-u dövlət sifarişlidir - pulsuzdur.
Boş qalan yerlərə qəbul olan abituriyentlərin qəbul olduqları təhsil müəssisələrində qeydiyyatı isə 23 avqust - 2 sentyabr aralığında həyata keçiriləcək.