DSX-nın ilk əsgərləri təltif olunub

Cəmiyyət 16:44 15.08.2019
Bu günlərdə Azərbaycan sərhədçiləri Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyini böyük təntənə ilə qeyd edirlər. Azərbaycan sərhəd mühafizəsinin tarixi yalnız Azərbaycan sərhədçiləri üçün deyil, xalqımız və qədim ənənələrə malik dövlətçilik tariximiz üçün də əhəmiyyətlidir. Çünki dövlət­lərin tarixi həm də onların sərhədlərinin tarixidir.

Eurasia Diary ordu.az-a istinadan xəbər verir ki, Azərbaycan Sərhəd Mühafizəsinin 100 illik yubileyi ərəfəsində Dövlət Sərhəd Xidməti 1992-ci ildə müstəqil döv­lətimizin sərhədlərinin mühafizəsinə çıxmış ilk sərhədçi əsgərləri də unutmayıb. 1991-ci ildə müstəqilliyini elan etmiş respublikamızın qarşısında duran əsas və­zifə­lər­dən biri silahli qüvvələrin yaradılması, sərhədlərin mühafi­zə­sinin təmin edil­məsi idi. Həmin dövrdə ölkə­mizin Ermənistanın təcavü­zünə məruz qalması, respublika rəh­bərliyinin səriştəsizliyi, milli maraqlara xəyanət­i nəticəsində ölkədəki özbaşınalıq, hərbi xidmətə çağırışın bərbad vəziyyətdə olması, sərhədçi kadrların, o cümlə­dən əsgər heyətinin çatışmamazlığı bu vəzifələri xeyli çətinləşdirirdi.

Məhz belə bir dövrdə bütün mərhumiy­yətlərə və çətinliklərə baxmayaraq Azərbaycanın vətənpərvər, qəhrəman oğulları Sovet Sərhəd Qoşunlarından hərbi hissələrin təhvil alınmasında, Azərbaycan sərhədlərinin mühafizəyə götürülmə­sində əsl fədakarlıq nümayiş etdirərək Sərhəd Mühafizəsinin formalaşması prosesinə öz layiqli töhfələrini verdilər.

Avqust ayının 15-də Dövlət Sərhəd Xidmətinin Aparatında Azərbaycan Respub­li­kası müstəqilliyini bərpa etdikdən sonra yaranan Sərhəd Qoşunlarının hərbi hissə­lə­rində şəxsi heyətin siyahısına ilk daxil edilən əsgərlərin “Azərbaycan

Sərhəd Müha­fi­zəsinin 100 illiyi (1919-2019)” yubiley medalı ilə təltif olunması mərasimi keçirilib.

Mərasimdə çıxış edənlər Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi milli sərhəd stra­te­gi­yası­nın Azərbaycan Respubli­kasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Koman­danı cənab İlham Əliyevin rəhbərliyi altında müvəffəqiyyətlə həyata keçirilməsi, sərhəd mühafizə infrastruk­turunun təkmil­ləş­dirilməsi, hərbi texnika­nın və xüsusi-texniki ava­dan­lıq­ların yeni­ləş­di­rilməsi, ardı­cıl həyata keçirilən islahatlar sayəsində Dövlət Sərhəd Xidmətinin sürətlə inkişaf edərək ölkəmizin sərhədlərini ən yüksək standartlar səviyyəsində mühafizə etməyə qadir olan bir quruma çevrilməsini qeyd ediblər.

Tədbirdə həmçinin, 1992-ci ilin avqust ayının 22-də Ulu Öndər Heydər Əli­yevin şəx­si iradəsi, nüfuzu və qətiyyəti sayəsində üçrəngli bayrağımızın müasir dövrdə Azərbaycan Respublikasının Silahlı Qüvvə­lərinin hərbi hissələrində ilk dəfə Nax­çıvan sərhəd dəstəsində qaldırılması və Ulu Öndərin xeyir-duası ilə Sərhəd Qoşun­larının yaradılmasının məhz qədim dövlətçilik ənənələrinə malik, qəhrəmanlıqla dolu tarixi keçmişi olan Naxçıvan­dan başlanması qürur hissi ilə qeyd edilib. Ulu Öndə­rin çağırışı ilə torpaqlarımı­zın erməni işğalçılarından azad edil­məsi uğrunda könüllü olaraq döyüşlərə qatılan sərhəd­çi­lərdən ibarət xüsusi təyinatlı taborun Ağdərə istiqamətində mərdliklə vuruşması, bu döyüş­lərdə rəşadət və şücaət nümunələri gös­tər­məsi minnətdarlıq hissi ilə xatırlanıb, şəhid olmuş sərhədçilər ehtiramla yad ediliblər. Mərasimdə veteran sərhədçilərə Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)” yubiley medalı təqdim olunub. Dövlət Sərhəd Xidmətinin fəaliyyəti ilə bağlı sənədli film maraqla izlənib.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Hamısı