Rusiya ordusunda xidmət edən azərbaycanlı faciəvi şəkildə öldü | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Rusiya ordusunda xidmət edən azərbaycanlı faciəvi şəkildə öldü

Cəmiyyət A- A A+

Rusiyada azərbaycanlı gənc faciəli şəkildə həlak olub.

Eurasia Diary modern.az-a istinadla xəbər verir ki, Həzrət Hüseynov Rusiya Ordusunda hərbi xidmət keçirmiş. Orduda “Ural” markalı avtomobilin sürücüsü olan azərbaycanlı dostuna yardım edərkən yoldan keçən yük maşının altında qalıb. 

Həzrət Hüseynov aldığı xəsarətlər nəticəsində yerindəcə keçinib. Mərhumun dostu İbrahim Quliyevin sözlərinə görə Həzrət Hüseynovun vətənində  yaşadığı Sankt-Peterburq şəhərində dəfn ediləcəyi hələ müəyyənləşməyib. O, ölüm faktı ilə bağlı ekspertizanın keçirildiyini deyib və yalnız bundan sonra cəsədi təhvil alacaqlarını sözlərinə əlavə edib.

Hüseynov Həzrət Rafiq oğlu 1998-ci il martın 26-da Azərbaycanın Xaçmaz rayonunda anadan olub. O qaydasız döyüş üzrə idman ustası idi. 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...