Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verildi | Eurasia Diary - ednews.net

20 Avqust, Çərşənbə axşamı


Şəki və Lahıcdakı muzeylər Dövlət Turizm Agentliyinin tabeliyinə verildi

Cəmiyyət A- A A+

Lahıc Tarix-Diyarşünaslıq Muzeyi, Şəki Tarix-Diyarşünaslıq Muzeyi və Şəki Xalq Tətbiqi Sənəti Muzeyi və Şəki Dövlət Rəsm Qalereyası Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına daxil edilib.

Eurasia Diary xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı” və “Azərbaycan Respublikası Dövlət Turizm
 
Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda müvafiq dəyişiklik edib.
 
Qərara əsasən, Basqal qəsəbə Mədəniyyət Evi və Xınalıq kənd Mədəniyyət Evi də Dövlət Turizm Agentliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısına əlavə edilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...