Dövlət Gömrük Komitəsi özəl şirkətlərin işçilərindən imtahan götürür

Cəmiyyət 21:30 17.08.2019

Dövlət Gömrük Komitəsində (DGK) gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şirkətlərin gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssisləri üçün növbəti imtahanlar keçirilib.

DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən virtualaz.org-a verilən məlumata görə, məqsəd gömrük təmsilçiliyi institutunun formalaşdırılması və təkmilləşdirilməsi, bu sahədə fəaliyyət göstərən şəxslərin bilik və bacarıqlarının artırılması, fəaliyyətin mövcud qanunvericiliyə və beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

İmtahan prosesində Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini, gömrük xidməti general-mayoru İsmayıl Hüseynov, Dövlət Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov, Baş İdarə rəisləri və aidiyyəti qurumların nümayəndələri iştirak ediblər.

Komitə sədrinin birinci müavini İsmayıl Hüseynov bildirib ki, son illər Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan uğurlu iqtisadi islahatlar ölkə iqtisadiyyatının dinamik inkişafını, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasını, büdcə gəlirlərinin artmasını, eyni zamanda əhalinin həyat səviyyəsinin və rifahının yüksəlməsini təmin edib.

Ölkəmizin xarici ticarət imkanlarının genişləndirilməsi, tranzit və logistika potensialının artırılması, beynəlxalq ticarətin asan və sürətli şəkildə həyata keçirilməsi məqsədilə gömrük sistemində də bir sıra mütərəqqi islahatların reallaşdırıldığı diqqətə çatdırılıb. İsmayıl Hüseynov vurğulayıb ki, gömrük təmsilçiliyi institutunun beynəlxalq standartlara uyğun şəkildə formalaşdırılması istiqamətində Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilən tədbirlər də bu islahatların davamıdır.

O da bildirilib ki, son dövrlər gömrük xidmətində infrastrukturun inkişafı və prosedurların sadələşdirilməsinə yönəldilmiş tədbirlər, habelə milli qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə bir sıra layihələr həyata keçirilib.

Gömrük təmsilçiliyi fəaliyyətilə məşğul olan şəxslərin ölkəmizdə gömrük işinin səmərəli şəkildə həyata keçirilməsində, gömrük əməliyyatlarının sürətləndirilməsində mühüm rola malik olduğu, Dövlət Gömrük Komitəsinin bu sahədə ixtisaslaşmış qurumlara hər zaman dəstək göstərəcəyi diqqətə çatdırılıb.

Sonra avqustun 1-də keçirilən imtahanda yüksək nəticələr əldə edən şəxslərə 5 illik ixtisas attestatları təqdim olunub və növbəti imtahana start verilib.

Qeyd edək ki, imtahanlar Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssislərə ixtisas attestatının verilməsi, fəaliyyətinin dayandırılması və ləğv edilməsi qaydaları"na dair qərarına, Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən tərtib olunan "Gömrük rəsmiləşdirilməsinin təkmilləşdirilməsi üzrə Konsepsiya"ya əsasən və "Biznes mühitinin əlverişliliyinin artırılması və beynəlxalq reytinqlərdə ölkəmizin mövqeyinin daha da yaxşılaşdırılması üzrə xarici ticarət sahəsində islahatlarla bağlı 2019-cu ilin ikinci yarımilliyi üçün İcra və Kommunikasiya Planı"nın icrası çərçivəsində keçirilir. Ümumilikdə, ixtisas attestatlarının alınması üçün 100-ə qədər hüquqi şəxs müraciət edib.

Onu da qeyd edək ki, gömrük təmsilçiliyi sahəsində qanunvericiliyin tələblərinə uyğun olaraq dolayı təmsilçilik fəaliyyətini yalnız hüquqi şəxslər həyata keçirə bilər. Həmin hüquqi şəxslərin Dövlət Gömrük Komitəsi tərəfindən verilən ixtisas attestatına malik mütəxəssisləri olmalıdır. İxtisas attetstatları 5 il müddətinə verilir və qanunvericilikdə müəyyən edilən şərtlərə cavab verən hüquqi şəxslər dövlət reyestrinə daxil edilir.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı