Tovuz rayon Təhsil şöbəsinin müdiri Validə Hüseynova tutduğu vəzifədən azad edilib.
Eurasia Diary APA-ya istinadən xəbər verir ki, V.Hüseynova işində yol verdiyi kobud nöqsanlara görə işdən azad edilib. 54 yaşlı V. Hüseynova 2012-ci ildən bu vəzidədə çalışırdı.
Hazırda Tovuz rayon Təhsil şöbəsinin müdiri vəzifəsinə təyinat olmayıb.