Jurnalistlərdən Atakişiyevin qayınatasına sərt tənqid “Adam bu dar macalda yarınma planları qurub”

Cəmiyyət 11:51 21.08.2019

"Müxtəlif siyasi partiya üzvlərindən və siyasi qruplardan sabah keçiriləcək vida mərasiminə qatılmamağı xahiş edirik".

Xəbər verdiyimiz kimi, bu sözləri Xəzər dənizi üzərində təlim uçuşları zamanı qəzaya uğrayaraq həlak olan Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus MiQ-29 qırıcı təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyevin qayınatası, keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli deyib. O, R.Atakişiyevlə vida mərasimindən müxtəlif siyasi məqsədlər üçün istifadə etmək arzusunda olan şəxslərə müraciət ünvanlayıb:

"Ailəmiz çox çətin, ağır və kövrək bir dönəmdən keçir. Ailəmizin, hətta xalqımızın sevimlisi, rəşadətli pilotumuz Rəşad Atakişiyevi itirmişik. Mərhumun dəfni ilə bağlı həyata keçirilən vida mərasiminə dövlət öz dəstəyini göstərir. Müəyyən siyasi partiyaların və qrupların tədbirə qatılmaq və mərasim vasitəsilə siyasi divident əldə etmək istəkləri barədə məlumatlar əldə etmişik. Həmin şəxslərdən artıq dərəcədə xahiş edirik ki, sabah keçiriləcək vida mərasiminə qatılmasınlar. Rica edirəm ki, bu ağrılı günümüzdə bizi başa düşsünlər".

Qeyd edək ki, keçmiş dövlət müşavirinin bu açıqlaması ölkə ictimaiyyətində ciddi rezonans doğurub. Hüseyinlinin müraciətinin sonunda “başa düşsünlər” xahişi yer alsa da, bu müraciət nə xoş qarşılanıb, nə də başa düşülüb. Axı heç bir siyasi etikaya uyğun olmayan, xalqın birliyi və həmrəyliyinə zidd bu çağırış neçə xoş qarşılana bilərdi?!

Eurasia Diary xəbər verir ki, “Moderator.az” sayıtının baş redaktoru Zülfüqar Hüseynzadə pilotun anım mərasiminə qatılmayacağını bəyan edərək, Qabil Hüseylinin sözügedən müraciətini sərt tənqid edib:

“Qabil Hüseynlinin bu yöndəmsiz çağırışından sonra mən də şəhid pilotumuzun dəfn mərasiminə qatılmaqdan vaz keçdim. Heç yas mərasiminə də gedən deyiləm. Amma özüm 40 gün onun yasını saxlayacam. Məkanı Cənnət olsun!”.

“Yeniçağ.az” saytının baş redaktoru Aqil Ələsgər də Q.Hüseynlini tənqid edənlər arasındadır:

“Açığı, ağırdır bu barədə yazmaq. Şəhid pilot üçün hər kəs ağladı. Necə ki, aprel döyüşlərində verdiyimiz itkilər üçün sızlamışdıq. Bu cür zabitlər bir-iki ilə yetişmir. Nəzərə alsaq ki, orduda irili-xırdalı nəcməddinlər hökm sürür, buraya qədər yüksələn milli zabitləri itirdiyimiz üçün daha çox ağrıyır qəlbimiz. 
Qaynatasının istəyinə gəlincə, keşkə dəyərlərimizi də pilotumuzla birlikdə dəfn etməyəydi. Ölkədən gedərkən apara bilmədiyi hamilə gəlinini ən böyük düşməninə əmanət edəcək Kərbəlayi İsmayıllardan bu səviyyəyə düşmüşük. Cırlaşır, cılızlaşır, getdikcə özümüz özümüzə düşmən kəsilirik. Bu cəza bizə yetər...”.

Jurnalist Araz Zeynalov Q.Hüseylinin bu çağırışının öz iradəsinə əsaslanmadığını vurğulayıb:

“Pilotumuzun dəfn mərasimini milli həmrəyliik göstərisinə çevirmək əvəzinə, yenə də ayırıcılıq variantı seçildi... Əminəm ki, bu, şəhidimizin ailə üzvlərinin, özəlliklə də onun qaynatası, hörmətli Qabil Hüseynlinin qərarı deyil. Milləti parçalamaq mexanizmini düzənləyənlər hələ də iş başındadırlar...”.

Tanınmış jurnalist Sevinc Telmanqızı isə A.Zeynalovdan fərqli olaraq hesab edir ki, Q.Hüseynli bu çağırışı kimlərinsə istəyi ilə etməyib. Onun sözlərinə görə, iqtdiarın bu çağırışda heç bir rolu yoxdur:

“Məncə, onu heç kim bu açıqlamanı verməyə məcbur etməyib. Nəinki məcbur etməyib, heç təklif də olunmayıb. Adam bu dar macalda sadəcə çirkin oyunlar, yarınma planları qurub. Və... İqtidar bir çox məsələlərdə bu cür adamlardan daha ləyaqətli davranır. Təcrübə göstərib”.

Nicat İSMAYILOV

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı