"Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı" - Rəşad Atakişiyevin atası | Eurasia Diary - ednews.net

15 Sentyabr,


"Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı" - Rəşad Atakişiyevin atası

Cəmiyyət A- A A+

Həlak olan hərbi pilot Rəşad Atakişiyevin atası Saləddin Atakişiyev oğlu ilə fəxr etdiyini deyib.

Eurasia Diary "Report"a istinadən bildirir ki, o, Rəşadın arzusundan da danışıb:

“Mən Rəşad kimi oğulla fəxr edirəm. Qürur duyuram ki, bu gün onun cənazəsi üzərinə üçrəngli Azərbaycan bayrağı sərilib. Oğlum Qarabağı azad etmək arzusu ilə yaşayırdı. Nə etməli ki, bu ona qismət olmadı. Mən bu gün sizin qarşınızda bir daha söz verirəm ki, iki oğlumla birlikdə Qarabağ uğrunda Ali Baş Komandanın hər bir əmrinə hazıram. Vətən sağ olsun!, Allah bütün şəhidlərimizə rəhmət eləsin”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...