MiQ-29 gecə vaxtı quşla toqquşa bilərdimi? hərbi ekspertdən AÇIQLAMA

Cəmiyyət 14:45 22.08.2019

Xəbər verdiyimiz kimi, Müdafiə Nazirliyi iyulun 24-də gecə vaxtı təlim-məşq uçuşları həyata keçirən zaman qəzaya uğrayan Hərbi Hava Qüvvələrinin MiQ-29 tipli döyüş təyyarəsinin qəzaya uğramasının səbəblərini açıqlayıb.

Nazirlikdən bildirilib ki, uçuşun bort qeydiyyatçısındakı (“qara qutu”dakı) məlumatlar və uçuşun aparılması ilə bağlı digər texniki sənədlər mütəxəssislər tərəfindən təhlil edilərək öyrənilib və “Aviasiya hadisəsinin araşdırılması komissiyası”nın gəldiyi son rəyə görə təlim-məşq uçuşlarına cəlb edilən təyyarə qəzaya uğrama anına qədər döyüş qabiliyyətli və tam saz vəziyyətdə olub.

Hadisənin baş vermə səbəblərinin öyrənilməsi onu da göstərib ki, təyyarə Xəzər dənizinə düşməzdən əvvəl havada yad cisimlə (quş və ya quş dəstəsi) toqquşub və pilot xəsarət alıb. “Qara qutu”dan əldə edilən məlumatlara əsasən pilot qəzanın qarşısını almaq məqsədilə təyyarənin idarəolunmasını bərpa etməyə cəhd göstərib. Lakin pilotun aldığı ağır bədən xəsarəti bunu mümkünsüz edib və nəticədə aviasiya vasitəsinin qəzaya uğramasına gətirib çıxarıb.

Qeyd edək ki, Müdafiə Nazirliyinin pilot Rəşad Atakişiyevin idarə etdiyi qırıcı təyyarənin qəzaya uğramasına səbəb kimi MiQ-29-un quşlarla toqquşmasını bəyan etməsi birmənalı qarşılanmır. Sosial şəbəkə istifadəçiləri bu versiyanın mümkünsüzlüyü barədə fikirlər səsləndirməkdədirlər.

Məsələ ilə bağlı Eurasia Diary-ə açıqlama verən hərbi ekspert, polkovnik Şair Ramaldanov bildirib ki, Müdafiə Nazirliyi bu məlumatı özbaşına vermir. Onun sözlərinə görə, Müdafiə Nazirliyi tərəfindən mütəxəssislər cəlb edilərək komissiya yaradılıb:

““Qara qutu “aşkar olunana qədər Müdafiə Nazirliyi heç bir məlumat vermirdi. Çünki, “qara qutu” tapılıb məlumat alınana qədər komissiya heç bir fikir irəli sürmürdü. Hal-hazırda “qara qutu” tapılıb və oradan məlumatı oxuyublar və nəticədə də Müdafiə Nazirliyi tərəfindən rəsmi məlumat verilib. Bu hadisə haqqında insanların şübhlənib-şübhələnməməsi, bu, hər kəsin öz fikridir. Ancaq düşünürəm ki, şübhəyə alan ətraf hər halda mütəxəssis deyil, hər halda onların içərisində pilot yoxdur, hər halda onlar “qara qutu”nun oxunmasında iştirak etməyiblər”.

Şair Ramaldanov gecə saatlarında, həm də ilin bu vaxtında, köçəri quşların olmadığı bir vaxtda təyyarəmizin quşla toqquşmasının mümkün olub-olmaması barədə suala da aydınlıq gətirib.

“Quşların gecə və yaxud gündüz uçmasının fərqi yoxdur. Gecə də ola bilir, gündüz də. Yəni bu, qeyri-adi haldır. O qədər təyyarələr uçur, hamısı quşlara dəymir ki? Ancaq mən düşünürəm ki, Müdafiə Nazirliyinin yaratdığı komissiya maraqlıdır ki, onun nədən qəzaya uğraması səbəblərini öyrənib, sonra lazım olan qərarı qəbul etsinlər. Ona görə də Müdafiə Nazirliyi məlumatı düzgün verməmək, gizlətmək kimi bir məqsəd daşımır. Çünki, bunun nə məqsədi ola bilər ki? Təyyarədir, qəzaya uğrayıb, indiyə kimi komissiya işləyib və “qara qutu” da tapılıb. “Qara qutu”da da məlumat bu cür çıxıb və biz o komissiyanın işinə hörmətlə yanaşmalıyıq. Çünki, onlar mütəxəssisdir, kənar şəxslər deyil. Onlar “qara qutu”nu özləri oxuyublar və oradan çıxan məlumat onlardadır. Biz “quşlar gecə uçmur” deyirik, lakin biz şahidi oluruq ki, bəzən gecə də quşlar uçur, bunun şahidi olmuşuq. Bu, mütəxəssis rəyidir, onlar bu xəbəri cəmiyyətə verəndə, müəyyən əldə olan məlumata əsaslanırlar. Əgər belə olmasaydı onlar həmin günü verərdilər. Düşünürəm ki, komisiyanın rəyinə hörmətlə yanaşmaq lazımır”, - deyə polkovnik bildirib.

Leyla QƏNİYEVA

 

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı