İdeoloji iş və mənəvi-psixoloji təminat üzrə zabitlərlə seminar keçirilib

Cəmiyyət 10:37 30.08.2019

Müdafiə nazirinin təsdiq etdiyi 2019-cu tədris ilinin hazırlıq planına əsasən ideoloji iş və mənəvi-psixoloji  təminat üzrə zabitlərlə seminar keçirilib.

Eurasia Diary xəbər verir ki, tədbirdə çıxış edən Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu işinə, ordunun döyüş qabiliyyətinə, onun şəxsi heyətinin döyüş və vətənpərvərlik ruhuna daim yüksək qiymət verdiyini bildirib. Hərbi hissələrdə intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən fəaliyyətlər və bu sahədə ideoloji iş və mənəvi-psixoloji təminat üzrə komandir müavinlərinin üzərinə düşən vəzifələrdən danışan nazir müavini möhkəm hərbi intizamın ordunun keyfiyyətli döyüş hazırlığının təmin edilməsinin zəruri şərtlərindən biri olduğunu qeyd edib.

General-leytenant K.Vəliyev bildirib ki, toplantıya cəlb olunan zabit heyəti bundan sonra da öz vəzifə borclarını məsuliyyətlə yerinə yetirəcək, Ali Baş Komandanın və Müdafiə nazirinin şəxsi heyət qarşısında qoyduğu vəzifə və tapşırıqların öhdəsindən layiqincə gəlmək üçün var qüvvələrini əsirgəməyəcəklər.

İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi – Şəxsi Heyət Baş İdarəsi rəisinin müavini general-mayor Rasim Əliyev Azərbaycan Ordusunda nizam-intizamın yüksəldilməsi məqsədilə görülən işlərdən və perspektivlərdən, intizamın möhkəmləndirilməsi sahəsində həyata keçirilən islahatlardan və bu sahədə ideoloji iş və mənəvi-psixoloji  təminat üzrə zabitlərin üzərinə düşən vəzifələrdən danışıb.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin nümayəndəsi Ruslan Əliyev “Azərbaycan Respublikasında 2019-cu ilin oktyabr ayında keçiriləcək “Əhalinin siyahıya alınması” tədbiri ilə əlaqədar hərbi hissə və müəssisələrdə hazırlıq işlərinin müzakirəsi” mövzusunda çıxış edərək bununla əlaqədar hərbi şəhərciklərdə, qapalı müəssisələrdə görüləcək işlərə aydınlıq gətirib.

Toplantıda Respublika Hərbi Prokurorluğunun nümayəndəsi ədliyyə polkovnik-leytenantı Ceyhun Cəfərov, eləcə də Müdafiə Nazirliyinin müxtəlif idarə və hərbi hissələrinin zabitləri çıxış edərək ordunun döyüş qabiliyyətinə təsir edən bir çox mövzular ətrafında fikir və mülahizələrini bölüşüblər.

 

BAMF-ın Özbəkistan təmsilçisi Şuxrat Barlas "Heydər Əliyevin 100 illiyi” yubiley medalı ilə təltif edilib - FOTOLAR - VİDEO

Xəbər xətti

İngiltərə Premyer Liqası: "Çelsi" autsayderi məğlub edərək "Nyukasl"la xallarını bərabərləşdirib
09:20 12.05.2024
Ukrayna Silahlı Qüvvələri Xarkovun bir sıra mövqelərindən geri çəkildiyini açıqlayıb
09:00 12.05.2024
Beynəlxalq axtarışda olan 5 nəfər şəxsin ölkəmizə ekstradisiyası təmin edilib
00:03 12.05.2024
İngiltərə Premyer Liqası: “Tottenhem” Premyer Liqanı tərk edən “Börnli” üzərində əzmkar qələbə qazanıb
23:40 11.05.2024
Samir Nuriyev: İlin sonunadək işğaldan azad olunmuş ərazilərə 25 mindən çox əhali qayıdacaq
23:23 11.05.2024
Günəşdə gün ərzində ikinci ən güclü alovlanma baş verib
23:00 11.05.2024
Əlaqələndirmə Qərargahının növbəti iclası Xankəndi şəhərində keçirilib
22:40 11.05.2024
Ukrayna Rusiyanın Su-25 qırıcısını vurub
22:22 11.05.2024
Belqorodda ağır yol qəzasında hərbçilər də daxil olmaqla 8 nəfər yaralanıb
22:00 11.05.2024
Fəxrəddin Manafov "Xarıbülbül" festivalı barədə ürək sözlərini bölüşdü - VİDEO
21:30 11.05.2024
Lənkəranda əsas təkandan sonra xırda afterşoklar qeydə alınıb
21:25 11.05.2024
Donetskin atəşə tutulması nəticəsində 9 nəfər ölüb
21:16 11.05.2024
Zeynəb Xanlarova "Xarıbülbül" festivalından danışdı - VİDEO
21:00 11.05.2024
ABŞ səfiri: ADA Universiteti və Vaşinqton Hüquq Kollecinin tərəfdaşlığı akademik dialoqa töhfə verir
20:51 11.05.2024
"Heç kəsin yuxusuna da gəlməzdi ki..." - Polad Bülbüloğlu - VİDEO
20:30 11.05.2024
FHN: Zəlzələ nəticəsində hər hansı dağıntı və ya insan xəsarəti barədə məlumat daxil olmayıb
20:25 11.05.2024
"Azərbaycan inkişaf möcüzəsi ilə dünyanı heyrətləndirməkdə davam edəcəkdir"
20:09 11.05.2024
Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində ilk gənclər konfransı keçirilib
19:55 11.05.2024
"Zəfərimizə layiq bir festival oldu" - Anar Rzayev - VİDEO
19:53 11.05.2024
İspaniyalı jurnalist-fotoqraf: Qarabağda gördüyüm mina təhlükəsi və dağıntılar məni dəhşətə gətirdi
19:43 11.05.2024
ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd əl-Malik “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalında çıxış edib - VİDEO
19:15 11.05.2024
Azərbaycan qarğıdalı idxalını 34 % artırıb
19:15 11.05.2024
Zəlzələnin hiss edildiyi rayonlar açıqlanıb
19:10 11.05.2024
Azərbaycanda 5,2 maqnitudalı zəlzələ olub
18:56 11.05.2024
İlham Əliyev Şuşada “Xarıbülbül” VII Beynəlxalq Musiqi Festivalının açılışında çıxış edib - VİDEO
18:48 11.05.2024
Luka Modriç mövsümün sonu "Real"dan ayrılacaq
18:29 11.05.2024
Baş nazir: Gürcüstan Aİ ilə bağlı xarici siyasətini dəyişməyəcək
18:00 11.05.2024
Sumqayıtda 18 yaşlı qızı maşın vuraraq öldürüb
17:34 11.05.2024
BAMF – ın tərəfdaşı Heidi Kühn ABŞ dövlət katibi Entoni Blinken ilə görüşüb - FOTOLAR
17:08 11.05.2024
Makrondan növbəti VƏD: “Aİ Ukraynaya hərbi dəstəyi gücləndirəcək”
17:00 11.05.2024
“Xarıbülbül” festivalına ICESCO-ya üzv ölkələr də qatılıb
16:30 11.05.2024
DYP həftəsonu gözlənilən hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
16:00 11.05.2024
İspaniyalı fotoqraf Qervasio Sançez BAMF-ın qonağı olub - FOTOLAR
15:40 11.05.2024
ICESCO-nun Baş direktoru: Heydər Əliyev Fondu əldə etdiyi nailiyyətlərə görə təbrikə layiqdir
15:30 11.05.2024
Baş direktor: “ICESCO işğaldan azad olunmuş torpaqlara ayaq basan ilk beynəlxalq missiyadır”
15:25 11.05.2024
Prezident: “Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir”
15:23 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:20 11.05.2024
İlham Əliyev: Əminəm ki, bundan sonra Azərbaycan torpaqlarında daim sülh olacaq
15:18 11.05.2024
Rusiya ordusu Ukraynanın 6 yaşayış məntəqəsini nəzarətə götürüb
15:15 11.05.2024
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
Azərbaycan Prezidenti: Şuşanın tarixi simasının bərpası istiqamətində fəal işlər gedir
15:14 11.05.2024
Hamısı