Bakıya vizasız gələn türk iş adamı: "Sadəcə pasportumu göstərərək Azərbaycana daxil olmağım çox böyük xoşbəxtlikdir"

Cəmiyyət 11:49 12.09.2019

Bakıda səfərdə olan "Beynəlxalq Rotary Klubu"nun 2430-cu bölgənin (Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan üzrə) qubernatoru Mehmet Hakan Karaalioğlu Eurasia Diary-yə özəl açıqlama verib.

Mehmet Hakan Karaalioğlu bildirib ki, Azərbaycana ilk dəfə 1996-cı ildə gəlib və Bakı Aeroportunun bərpa edilməsi zamanı mərhum prezident, ümummilli lider Heydər Əliyevlə müqavilə imzalayıb. Aeroportun bərpa edilməsi prosesində 2 il müddətində Azərbaycanda fəaliyyət göstərib. O, Azərbaycanda özünü vətənindəki kimi hiss etdiyini deyib. Həm Heydər Əliyevin rəhbərliyi dövründə, həm də cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişafını görməkdən məmnunluq hissi duyduğunu dilə gətirib. Azərbaycanın bütün dünyada sayılıb-seçilən, nüfuzlu bir ölkəyə çevrildiyini, həm infrastruktur, həm də investisiyalar baxımından ölkənin təqdirəlayiq nailiyyətlər əldə etdiyini söyləyib. Azərbaycanda olmaqdan, ölkənin müstəqillik qazandığı vaxtdan bu günə kimi əldə etdiyi yüksək inkişafı, o cümlədən hal-hazırda həyata keçirilən işləri görməkdən "Tək millət, iki dövlət"in bir parçası olaraq çox xoşbəxt olduğunu ifadə edib.

"Beynəlxalq Rotary Klubu" barədə məlumat verərkən M.H.Karaalioğlu deyib:

“Rotary, insanlığa xidmət etmək, bütün peşələrdə yüksək əxlaq standartlarını artırmaq, dünyada xoşniyyət və sülhü qorumaq məqsədilə iş və peşə sahibi insanların birləşməsindən yaranan xidmət qurumudur. "Beynəlxalq Rotary Klubu" da Mustafa Kamal Atatürkün dediyi kimi "Ölkədə Sülh, Cahanda Sülh" şüarına xidmət edir. Hamımız karyeramızda müəyyən nailiyyətlər əldə etmiş insanlarıq. Beynəlxalq Rotary Klubu 2430-cu bölgənin nümayəndələri arasında həm azərbaycanlılar, həm də türklər var. Dövlətimizin bizə verdiyi faydanı, biz də öz növbəmizdə insanlara vermək üçün xidmət göstəririk. Çünki biz bilirik ki, “Verən əl, daima alan əldən üstündür”. Rotary, dünyanın 218 ölkəsində mövcud olan bir qurumdur. Beynəlxalq Rotary Klubu, BMT-də təmsil edilən yeganə ictimai təşkilatdır. Azərbaycanda göstərdiyimiz xidmətlər bizi türk rotarianları, Rotary 2430-cu bölgə olaraq çox sevindirir. Beynəlxalq Rotary 2430-cu bölgəyə Türkiyə, Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan, Tacikistan və Əfqanıstan daxildir. Mən, Beynəlxalq Rotary 2430-cu bölgənin qubernatoru olaraq bütün bu ölkələrdəki Rotary Klubları ziyarət edib həyata keçirilən fəaliyyətlərə kömək etmək məqsədilə xidmət göstərirəm. İlk səfərimin Azərbaycana olmasına xüsusi diqqət göstərdim. Çünki burada çox dəyərli və böyük işlər həyata keçirilib. Azərbaycana səfərimiz çərçivəsində ilk növbədə rəhmətlik Heydər Əliyevin və xanımı Zərifə Əliyevanın məzarını, daha sonra, Bakı Türk Şəhidliyini və Mustafa Kamal Atatürkün abidəsini ziyarət etdik.”

Hakan Karalioğlu qeyd edib ki, "Beynəlxalq Rotary Klubu" 2430-cu bölgə etdikləri və gələcəkdə edəcəkləri ilə həm ölkələri, həm də onlarla birlikdə olan hər kəsi dəstəklədiklərini bildirmək məqsədilə bu səfərləri edir. 

"Biz rotarianlar özümüzə sual veririk ki, "Düşündüyümüz, dediyimiz və etdiyimiz həqiqətə uyğundurmu, ədalətlidirmi, faydalıdırmı, xoşniyyətli əməkdaşlıqlara gətirib çıxara bilərmi?” Rotary, beynəlxalq bir qurumdur və hər ölkədəki Rotary-lər həmin ölkənin mənafeyinə uyğun fəaliyyət göstərirlər. Hal-hazırda Azərbaycanda 2 Rotary Klubu var və onlar ölkənin xüsusiyyətlərinə uyğun xidmət edirlər. Prioritetimiz insanlığa xidmətdir. Rotary-də heç bir siyasət, din, dil, irq, fəlsəfi görüş ayrıseçkiliyi yoxdur, sadəcə bir şey var: “Özündən əvvəl Xidmət”. Başqa prioritetlərimizə sülh və münaqişələrin həll edilməsi, xəstəliklərin qarşısının alınması və müalicə edilməsi, su və gigiyena, ana və uşaq sağlamlığı, əsas təhsil və oxuma-yazma bacarığı, iqtisadi və ictimai inkişaf aiddir. Qeyd etmək istəyirəm ki, Rotary bütün dünyada uşaq serebral iflicinin aradan qaldırılması üçün 2,5 milyarddan artıq vəsait xərcləyib. 350 min uşaq serebral iflic xəstəsi var idisə, amma hal-hazırda bu göstərici Əfqanıstan və Pakistan sərhədində 32-34-ə düşüb. Bu, bütün dünyada göstərdiyimiz xidmətlərə sadəcə bir nümunədir.” - deyən H. Karalioğlu ABŞ-nin 38-ci prezidenti Gerald Ford, Kraliça II Elizabetin həyat yoldaşı ve Edinburq hersoqu şahzadə Philip, Almaniyanın Federal Kansleri Angela Merkel, Uels şahzadəsi Charles Philip Arthur George, Danimarka şahzadəsi Axel Christian Georg, Niderland şahzadəsi Bernhard of Lippe-Biesterfeld, Monako şahzadəsi III Rainier, ingilis siyasi və dövlət xadimi Winston Churchill, məşhur opera ifaçısı Luciano Pavarottinin də rotarian olduğunu bildirib.

H.Karaalioğlu Azərbaycanın ümummilli lideri Heydər Əliyevlə bağlı xatirələrindən də danışıb:

“Azərbaycana ilk dəfə 1996-cı ildə gəlmişəm. Bakı Aeroportunun bərpa edilməsi zamanı rəhmətlik Heydər Əliyevlə müqavilə imzalamışıq. Aeroportun bərpa edilməsi prosesində 2 il müddətində Azərbaycanda fəaliyyət göstərmişəm. Ən böyük xoşbəxtliyim, Heydər Əliyevlə şəxsən görüşmək şərəfinə nail olmağımdır. Bu, mənim üçün böyük qürurcerici hadisədir. Xüsusilə, aeroportun birinci hissəsinin bərpa edilməsi zamanı bunun Türkiyə şirkəti tərəfindən həyata keçiriliməsinin düzgün olduğunu düşündük. Allah rəhmət eləsin, qəbri nurla dolsun, hörmətli Heydər Əliyevə bu mövzu ilə bağlı məlumat verildiyində, ondan icazə almaq lazım idi, çünki bu iş ölkə ilə bağlı çox mühüm bir şeydir. Çünki aeroportlar ölkənin xarici ölkələrə əlaqə vasitələridir. Heydər Əliyevlə İstanbulda görüşdüyümüz zaman layihəni ətraflı şəkildə təqdim etdik. Layihə barədə geniş məlumat verdikdən sonra Heydər Əliyev razılıq bildirdi. Həm Avropa Mərkəzi Bankı, həm də Türk Eksim Bankından maliyyə dəstəyi alaraq layihəni, eyni zamanda layihə ilə bağlı olaraq nəzarət qülləsini inşa etdik. Bunu həyata keçirdiyimiz layihədə Burç şirkəti və Enka şirkəti ortaq şəkildə işləyirdik. Mən, Burç şirkətinin baş direktoru idim və biz ortaq fəaliyyətimiz nəticəsində aeroportu inşa etdik. Mən bu prosesin böyük hissəsini Azərbaycanda keçirdim və digər əməkdaşlarla birlikdə böyük xidmət göstərməyə çalışdıq. Mən xoşbəxtəm və hal-hazırda görürəm ki, o zamanlar başladığımız fəaliyyətdən sonra Heydər Əliyev Beynəlxalq Aeroportu bütün dünyaya nümunə olacaq gözəllikdə bir aeroportdur".

Mehmet Hakan Karaalioğlu Azərbaycana gələn Türkiyə vətəndaşları üçün viza rejiminin aradan qaldırılmasını alqışladığını da bildirib:

"Türkiyə vətəndaşları olaraq viza rejimi olmadan Azərbaycana gəlmək imkanımız prezidentlərimizin bizə verdiyi böyük bir lütfdür. Dünən axşam sadəcə pasportumu göstərərək Azərbaycan ərazisinə daxil olmağım çox böyük bir imtiyazdır. Bu çox böyük bir xoşbəxtlikdir. Bu xoşbəxtliyi bizə yaşadanların hamısına çox böyük minnətdarlığımı bildirirəm. Bakı Aeroportunun qurulmasında zərrə qədər də olsa əməyim varsa, bundan qürur duyuram. Mərhum prezidentimizdən sonra hal-hazırda cənab İlham Əliyevin liderliyi ilə Azərbaycanın həyata keçirdiyi fəaliyyət və əldə etdiyi nailiyyətlər qürurvericidir. Azərbaycanın dünya miqyasında fəaliyyətini görmək məni çox xoşbəxt edir. Türkiyədə yaşayan, amma ürəyi Azərbaycanla döyünən biri olaraq bu məni çox sevindirir".

Təbriz Abbasov

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Starmerin reytinqi aşağı düşüb
02:06 07.07.2025
Çin Aİ-dən Tibbi Texnika İdxalına Məhdudiyyət Tətbiq Etdi
01:38 07.07.2025
BRİCS Sammitindən İsrailə Sərt Mesaj: "Suriya Ərazisindən Geri Çəkil "
01:07 07.07.2025
Dünyanın sürəti artır
00:32 07.07.2025
Ermənistan Ukraynaya cavab verdi
23:59 06.07.2025
İsrail prezidenti girovların azad edilməsi üçün çətin qərarların qəbul edilməsini istisna etmir
23:26 06.07.2025
Şir zooparkdan qaçdı
22:58 06.07.2025
"Formula 1": Lando Norris Böyük Britaniya Qran-prisini qazandı
22:30 06.07.2025
Zelenski Rusiya və Ukrayna arasındakı əsir mübadiləsindən danışıb
22:00 06.07.2025
Tesla robot istehsalını sonlandırmağa qərar verdi
21:30 06.07.2025
Mask “Amerika” partiyasının qeydiyyatı üçün müraciət edib
21:00 06.07.2025
XİN Xankəndi Kommunikesi barədə məlumat yayıb
20:42 06.07.2025
Paşinyan "Hraparak"ı məhkəməyə şikayət edib
20:30 06.07.2025
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verib
20:20 06.07.2025
Zelenski Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar açıqladı
20:00 06.07.2025
Türkiyə Ordusunda faciə: 19 əsgər zəhərləndi, 5-i şəhid oldu
19:53 06.07.2025
Türkiyə ordusunun 5 hərbçisi şəhidlik zirvəsinə yüksəlib
19:30 06.07.2025
Pakistan Milli Assambleyasının sədri Azərbaycanda rəsmi səfərdədir
19:00 06.07.2025
Qaçış üzrə yeni rekord qırıldı
18:30 06.07.2025
İki şəhər arasında hava əlaqəsi pozuldu
18:00 06.07.2025
Qırğızıstan rusiyalılara pasport verilməsini dayandırdı
17:30 06.07.2025
Kamaləddin Qafarov: İƏT-in inkişafında Azərbaycanın rolu artmaqdadır
17:00 06.07.2025
Bu pasportların dəyişdirilməsi Rusiya vətəndaşları üçün zəruridir
16:30 06.07.2025
XİN ABŞ-yə başsağlığı verdi
16:00 06.07.2025
ABŞ-də seldə ölənlərin sayı artdı
15:30 06.07.2025
DİM təhsil haqqında dəyişiklik edib
15:00 06.07.2025
Təl-Əvivdə hava limanına hücum olub
14:30 06.07.2025
Yaponiyada zəlzələ baş verib
14:00 06.07.2025
Azərbaycanlı güləşçi qızıl medal qazandı
13:30 06.07.2025
İlon Mask yeni siyasi partiyasını elan etdi
13:00 06.07.2025
"İƏT üzvü olan ölkələrlə əməkdaşlığımız sistemli şəkildə dərinləşdirir"
12:26 06.07.2025
Günəşdə Rekord Aktivlik: Bir Həftədə Altıncı dəfə...
12:00 06.07.2025
Əsvanda Ptolemey dövrünə aid qəbirlər aşkarlanıb
11:29 06.07.2025
Rusiya Xarkova PUA hücumu həyata keçirib
11:11 06.07.2025
"Almaniya müdafiə olunmalıdır”
10:51 06.07.2025
Almaniya Ukraynaya Patriot sistemi almaq istəyir
10:16 06.07.2025
İsrailin Qəzzaya endirdiyi son hava hücumlarında 78 nəfər ölüb
09:52 06.07.2025
Xamenei ortaya çıxdı
09:29 06.07.2025
Böyük Britaniyada COVID-19-un yeni ştamı yayılır
08:52 06.07.2025
Şirkət maşını dərəyə aşıb
08:19 06.07.2025
Hamısı