Kolleclərə qəbul olunanlara rəsmi - XƏBƏRDARLIQ | Eurasia Diary - ednews.net

17 Sentyabr, Çərşənbə axşamı


Kolleclərə qəbul olunanlara rəsmi - XƏBƏRDARLIQ

Cəmiyyət A- A A+

Ümumi (9 illik)  və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin (kolleclərin) boş qalan plan yerlərinə qəbul olunanlar bu gün saat 17:00-dək tələb olunan sənədləri qəbul olunduqları təhsil müəssisəsinə təqdim etməklə qeydiyyatdan keçməlidirlər.

Eurasia Diary xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzindən (DİM) məlumat verilib.

Bildirilib ki, abituriyentlər tələb olunan sənədlərin siyahısını qəbul olunduqları təhsil müəssisəsindən öyrənə bilərlər.

Qeyd olunub ki, abituriyentin göstərilən müddətdə qeydiyyatdan keçməməsi onun müvafiq ixtisasa yerləşdirilməkdən imtina etməsi kimi qiymətləndiriləcək və o, qəbul olunanlar siyahısından xaric ediləcək.

Xatırladaq ki, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin boş qalan plan yerlərinin müsabiqəsində iştirak etmək üçün 3643 abituriyent ixtisas seçimi edib. Müsabiqə nəticəsində 1424 nəfər orta ixtisas təhsili müəssisələrinə qəbul olub.

 

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...