Bakının işğaldan azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi keçirilib

Cəmiyyət 16:53 12.09.2019

Yasamal rayonunun Heydər Əliyev Mərkəzində Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 101 illiyinə həsr edilmiş sərgi açılıb.

Eurasia Diary xəbər verir ki, sərgi Azərbaycan Rəssamlar İttifaqının və Türkiyənin Azərbaycandakı səfirliyinin birgə təşkilatçılığı ilə gerçəkləşib.

Tədbir Türkiyə və Azərbaycanın dövlət himnlərinin səslənməsi ilə başlayıb.

Tədbirdə Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Azərbaycan Rəssamlar İttifaqının sədri Arif Hüseynov, Yeni Azərbaycan Partiyasının (YAP) Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov, Yasamal Rayon İcra Hakimiyyətinin rəhbərliyi və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Sərgidə çıxış edən E.Özoral bildirib ki, Türkiyə və Azərbaycan xalqı eyni soykökə malik millətin nümayəndələridir: "Bu gün Türkiyədən gələn qazilər də bizimlədir. Türkiyə və Azərbaycan eyni dinə, eyni dəyərlərə malik dövlətlərdir. Bu iki ölkənin əhalisi bir-birinə çox bağlıdır. Tarixdə bu bağlılığı sübuta yetirən çox hadisələr baş verib. 101 il öncə də Nuru Paşanın Bakıya gəlişi bir daha "bir millət, iki dövlət" cümləsinin mənasını əməli yol ilə nümayiş etdirdi. Bu gün Azərbaycanda 14 şəhid məzarlığı var. Bu millətin Mustafa Kamal Atatürk və Heydər Əliyev kimi liderləri olub. Qafqaz İslam Ordusunun xatirəsi bizim qəlbimizdə əbədiləşdirilib. Həmişə biz bu müqəddəs günü qəlbimizdə əziz tutacağıq. Bizim üzərimizə düşən əsas vəzifələrdən biri də Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etdiyi tarixi unutmamağımızdır".

Səfirdən sonra, Yasamal Rayon İcra hakimi Əziz Əzizov, xalq rəssam Arif Hüseynov və sərginin kuratorları, Azərbaycan Rəssamlar İttifaqının üzvləri Aygün və Elburə İsgəndərovalar da nitq söyləyiblər.

Sərgidə Nuru Paşanın başçılığı altında Qafqaz İslam Ordusunun Bakını işğaldan azad etməsindən bəhs edən rəsm əsərləri nümayiş olunub. Ümumilikdə, sərgidə təsviri sənətin bütün növləri üzrə 35 rəssam 40-a yaxın rəsm əsəri yer alıb.

Sonda sərgidə əsərləri nümayiş olunan iştirakçılar diplomla təltif olunublar.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

PKK-nın silahları təhvil verəcəyi tarix məlum olub
12:56 09.07.2025
İpoteka kreditlərinin maksimal məbləği artırılmayacaq
12:41 09.07.2025
Hindistanda körpünün çöküb
12:26 09.07.2025
Yol polisi skuter, moped və velosiped sürücülərinə çağırış edib
12:11 09.07.2025
Qan analizi xərçəngi 3 il əvvəldən aşkar edə biləcək
11:56 09.07.2025
Ankarada TDT Mədəniyyət və turizm nazirlərinin 10-cu toplantısı keçirilir
11:50 09.07.2025
Azərbaycan nefti bahalaşdı
11:41 09.07.2025
Silinmiş "ChatGPT" söhbətləri bərpa olundu
11:26 09.07.2025
Husilər Qırmızı dənizdə gəmiyə hücumun görüntülərini yaydılar
11:11 09.07.2025
Ağdam-Füzuli yolundakı qəzada xəsarət alanların son durumu açıqlanıb -Yenilənib
10:57 09.07.2025
NASA əməkdaşı unikal görüntü çəkdi
10:56 09.07.2025
Hindistan sahillərində qədim sualtı şəhər aşkarlanıb
10:42 09.07.2025
Tramp rüsumları təxirə saldı
10:27 09.07.2025
" İsrail və HƏMAS Qəzzada atəşkəsə yaxındır"
10:12 09.07.2025
İsrail HƏMAS-ın komandirlərindən birini öldürdü
09:48 09.07.2025
Klublararası dünya çempionatı: "Çelsi" finala yüksəldi
09:15 09.07.2025
Çin hərbçiləri Almaniya təyyarəsinə lazer tuşladılar
08:43 09.07.2025
"Ukraynada kimyəvi silahdan istifadə edildiyinə dair sübutumuz var"
08:10 09.07.2025
Britaniya Sarayında ixtisarlar başlayıb
07:38 09.07.2025
İnsanlar bədən üzvlərini bərpa edə biləcək?
07:05 09.07.2025
İsrail Tripoliyə hava zərbəsi endirib
06:33 09.07.2025
Rotterdam limanı NATO-nun "hərbi qalası" olacaq
06:08 09.07.2025
Arı sürüsü təyyarəni havaya qalxmağa qoymadı
05:34 09.07.2025
Türkiyədə prokurorluq "Grok"la bağlı araşdırma başlayıb
05:08 09.07.2025
Fransanın cənubunda meşə yanğınları meşə yanğınları başlayıb
04:38 09.07.2025
Kondisionerdən istifadənin sağlamlığa hansı təsirləri var?
04:05 09.07.2025
"ABŞ Ukraynaya dəstəyini davam etdirəcək"
03:32 09.07.2025
SEPAH İranda hərbi çevriliş edə bilər?
03:09 09.07.2025
Nyu-Meksiko ştatında daşqınlarla bağlı fövqəladə vəziyyət elan edilib
02:36 09.07.2025
Texasda daşqın nəticəsində ölənlərin sayı 109-a çatıb
02:04 09.07.2025
MKİ və FTB-nin keçmiş rəhbərlərinə qarşı cinayət işi açılıb
01:36 09.07.2025
Qvatemalada güclü zəlzələ baş verib
01:04 09.07.2025
Aİ Ukrayna üçün 100 milyard avro büdcə ayırıb
00:32 09.07.2025
Bu gün Azərbaycanda Diplomatiya Günüdür
00:01 09.07.2025
"ABŞ nüvə sazişi üzrə danışıqlarda maraqlı olduğunu göstərməlidir"
22:47 08.07.2025
Tramp Rusiyaya qarşı yeni sanksiyaları nəzərdən keçirir
22:14 08.07.2025
"Azərbaycan və Ermənistan arasındakı sülh sazişini gözləyirik"
21:42 08.07.2025
Türkiyədə saxlanılan bələdiyyə sədri həbs olundu
21:10 08.07.2025
"ABŞ Qəzzada atəşkəs barədə razılığa gəlməyə ümid edir"
20:37 08.07.2025
ABŞ idxal rüsumlarından 300 milyard dollardan çox gəlir əldə edəcək
20:05 08.07.2025
Hamısı