Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirildi FOTOLAR

Cəmiyyət 17:35 14.09.2019
Rəşid Behbudov adına Mahnı Teatrında Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və Bakının işğaldan azad edilməsinin 101-ci ildönümü ilə bağlı möhtəşəm tədbir keçirilib
 
Eurasia Diary xəbər verir ki, Rəşid Behbudov adına Mahnı Teatrında Azərbaycanlıların və digər Türkdilli Xalqların Əməkdaşlıq Mərkəzi (ATXƏM) və “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin birgə təşkilatçılığı, Mətbuat Şurası və Milli QHT Forumunun dəstəyi ilə Bakının erməni daşnak və bolşevik işğalçılarından azad olunmasının 101 illiyinə həsr edilən “Qafqaz Türk İslam Ordusu və Bakının qurtuluşu” mövzusunda tədbir keçirilib.
 
Türkiyə və Azərbaycan bayraqları ilə bəzədilmiş zalda möhtəşəm atmosfer hökm sürürdü. Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının əvəzolunmaz ifaçısı Şəmistan Əlizamanlının aparıcılıq etdiyi gecədə əvvəlcə Azərbaycan və Türkiyənin dövlət himnləri səsləndirildi. Daha sonra ATXƏM-in sədri İlham İsmayılov möhtəşəm türk gecəsini giriş sözü ilə açıb. Bu günün tarixi önəmindən danışaraq, Qafqaz Türk İslam Ordusunun Azərbaycana dəstəyə gəlməsinin və o tarixi hadisənin tariximzdə yeri və rou barədə geniş danışdı və bu cür tədbirləri keçirməkdə məqsədimiz gənc nəsillərimizin tarixi daha dərindən bilməsi və şəhidlərimiz qarşısında bir vəfa borcunu, örnəyini nümayiş etdirməkdir deyib.
 
Tədbirin təşkilatçılarından Milli Məclisin deputatı, “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İctimai Birliyinin sədri Qənirə Paşayeva bildirdi ki, zamanında Azərbaycanı xilas etməyi qardaşlıq borcu bilən qəhrəman Nuru Paşaya mənəvi borcumuzu vermək həm də bir vicdan borcudur. O deyib: “Bakının işğaldan azad edilməsi böyük tarixi hadisədir. Bu hadisə xalqımızın tarixində mühüm rol oynayıb.Qafqaz Türk İslam Ordusu Azərbaycana gəlib, Azərbaycanın igid oğulları ilə birlikdə Bakını erməni daşnakları və bolşeviklərdən xilas edib. Nuri Paşanın komandanlığı altında Qafqaz Türk İslam Ordusu daim ehtiramla xatırlanıb, bundan sonra da xatırlanacaq. Biz həmişə onların ruhları qarşısında baş əyir, xatirələrini dərin hörmətlə anırıq. Bu, Türkiyə-Azərbaycan qardaşlığının ən bariz nümunəsidir.” Azərbaycanın ümumimilli lideri Heydər Əliyevin “Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir”, Azərbaycan Prezidenti İlham Əliyevin “Türkiyənin gücü Azərbaycanın, Azərbaycanın gücü Türkiyənin gücüdür” düşüncəsini xüsusi vurğulayan Qənirə Paşayeva çıxışında Azərbaycan-Türkiyə qardaşlığı, münasibətlərinin daha da güclənməsi istiqamətində aparılan dövlət siyasəti nəticəsində daha da yüskək səviyyəyə çatmaqdadır dedi. Millət vəkili Q.Paşayeva gənclərimizi ortaq tariximizi dərindən öyrənməyə və təbliğ etməyə də çağırıb.
 
Millət vəkili Qənirə Paşayeva tədbirə qatılan türkiyəli qonaqları, tanınmış simaları iştirakçılara təqdim edib.
 
Daha sonra Türkiyədən gəlmiş qonaqlar çıxış edib. "Türkiyə" qəzetinin yazarı Məryəm Aybikə Sinan, Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz, "Ötükən" nəşriyyatının başçısı Ayşəgül Büşra Çalık və Türkiyə və Şimali Kiprdən gəlmiş qazilər Türkiyə-Azərbaycan qardaşlığından, tarixin bütün dövrlərində qan qardaşlarının bir-birinin yanında olduqlarından, ən çətin zamanlarda bir-birinə dayaq olduqlarından bəhs etdilər. Əhməd Yasəvi Vəqfinin başqanı Fatma Sönməz Azərbaycan-Türkiyə münasibətlərinin inkişafında göstərdiyi fəallıq və türk dünyası istiqamətində gördüyü işlərdən görə dolayı millət vəkili Q.Paşayevanın rəhbərlik etdiyi təşklat tərəfindən mükafatlandırıldığını bildirib və həmin mükafatı millət vəkili Q.Paşayevaya təqdim edib.
 
Həmçinin tədbirdə iştirak edən Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral, Prezident Administrasiyasının sektor müdiri Qafar Əliyev, Xalq şairi Nəriman Həsənzadəvə başqaları çıxışlarında 15 sentyabr tarixinin əhəmiyyəti, Türkiyə-Azərbaycan dostluq və qardaşlıq münasibətlərindən bəhs ediblər.
 
Tədbirin ədəbi-bədii hissəsində Şəmistan Əlizamanlı türkçülükdən, bayrağımızdan, Nuru paşadan bəhs edən möhtəşəm ifaları ilə hər kəsin ürəyini fəth etdi. Müğənni Şahin İsmayılovun ifası da alqışlarla qarşılandı. Sonda tədbirdə iştirak edən qonaqlara xatirə hədiyyələri təqdim edilib.
 
 
 
 
 
 

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Hamısı