Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsahibə elan edildi | Eurasia Diary - ednews.net

20 Oktyabr,


Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün müsahibə elan edildi

Cəmiyyət A- A A+
Dövlət orqanlarında vakant inzibati vəzifələrin tutulması üçün ümumi müsahibə elan edilmişdir.
 
Eurasia Diary xəbər verir ki, 2019-cu il 17 sentyabr tarixində 7 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilmişdir. Mərkəzi icra hakimiyyəti orqanı və məhkəmə hakimiyyəti orqanlarında olmaqla elana çıxarılan vəzifələrin 27-si dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 67-si B növü vəzifələrə (inzibati icraçı) aiddir.
 
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3- cü təsnifatına uyğun olan Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətində rəis müavini, inzibati vəzifələrin 4-cü təsnifatına uyğun olan Qida Təhlükəsizliyi Agentliyində şöbə müdiri və şöbə müdirinin müavini vəzifələridir. Ümumilikdə isə, Ekologiya və Təbii Sərvətlər Nazirliyində 54, Qida Təhlükəsizliyi Agentliyində 14, Maliyyə Nazirliyində 13, Balakən Rayon Məhkəməsində 1, Şəki Apelyasiya Məhkəməsində 9, Bakı Hərbi Məhkəməsində 1, Təhsil Nazirliyində 2 vəzifə olmaqla 94 vakant vəzifə ümumi müsahibə elanına çıxarılmışdır.
 
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu yalnız elektron qaydada həyata keçirilir.
 
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 17 sentyabr 2019-cu il tarixindən 17 oktyabr 2019-cu il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyyatdan keçməlidir. 
 
 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...