Bu gün günorta saatlarında "Bakı Metropoliteni"QSC-nin "Gənclik" stansiyasında həyəcanlı anlar yaşanıb.
Eurasia Diary xəbər verir ki, sərnişinlərin "modern.az"a verdiyi məlumata görə, qatar platformaya daxil olarkən, tüstüləmə başlayıb:
"Tüstü vaqonlara dolmuşdu, göz-gözü görmürdü, tüstü bogucu idi. Bizi qatardan düşürtdülər. Sonra metopolitenin əməkdaşları müdaxilə etdi, elə həmin qatarla da yola davam etdik".
Məsələ ilə bağlı qurumun mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov faktı təsdiqləyib:
"Qatarda tüstüləmə baş verib. Sərnişinlər tüstüləmə qeydə alınan qatardan düşürülüb, qatara baxış keçirilib. Hər şey qaydasında olduğu üçün qatar yoluna davam edib".
B.Məmmədov tüstüləmə səbəbini də açıqlayıb:
"Tüstüləmə hiss edilən qatardan əvvəl yolda sınaq qatarı hərəkət edib. Qatarın təkərində "kalotka" sistemi od tutub. Belə olan halda təkər reysə sürtünüb və tüstüləmə başlayıb. Digər qatar da oradan keçəndə həmin reysdə tüstüləmə olub".
Onun sözlərinə görə, sərnişinlər qısa müddətlik panika yaşayıb.