Bakıda məktəb direktoru iş yerində vəfat etdi | Eurasia Diary - ednews.net

18 Oktyabr, Cümə


Bakıda məktəb direktoru iş yerində vəfat etdi

Cəmiyyət A- A A+

Bakıda orta məktəb direktoru qəfil dünyasını dəyişib.

Eurasia Diary-nin məlumatına görə, hadisə Sabunçu rayonu, Maştağa qəsəbəsi, 293 saylı orta məktəbdə baş verib.

Adıçəkilən məktəbin direktoru Tanrıverdili Vaqif Baba oğlu iş otağında qəfil beyin insultu keçirib. Dərhal hadisə yerinə Təcili Tibbi Yardım Briqadası gəlib və xəstəni 3 saylı şəhər Klinik Xəstəxanasına çatdırıb. Həkimlərin səyinə baxmayaraq V.Tanrıverdili dünyasını dəyişib.

Faktı 293 saylı orta məktəbdən təsdiqləyiblər.(Trend)

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...