Mürəbbə - çay mədəniyyətimizin əsas tərkib hissəsi

Cəmiyyət 23:42 14.10.2019

Xüsusilə qış aylarında faydalı olan mürəbbələr, ölkəmizin tanıdılmasında da özünəməxsus yerə malikdir.

Eurasia Diary kaspi.az-a istinadən yazını təqdim edir.

"Bir stəkan çaya 2 qaşıq zoğal mürəbbəsini sal, iç. Gör, xəstəliyi canından necə çıxardır".

Yadımdadır, bu sözləri uşaq vaxtı nənəm deyərdi. Elə bircə dəfə öskürən kimi, zoğal mürəbbəli çayımızı gətirib məcbur içirərdi. Anama da məsləhət edərdi ki, "qışa tədarükünü yaxşı gör. Mürəbbəni çox bişir, qışda qonağın gələndə üzün ağ olar". Əslində, nənəm haqlı idi. Mürəbbə qışda qonağa çayla verilən ən gözəl şirniyyat növlərindən biri, hətta ən vacibidir. Mürəbbəsiz içəndə, elə bil çayın da dadı olmur. 

Bir az dərinliyinə varanda, mürəbbə bişirmək ənənəsinin köklərinin lap qədim zamanlara dayandığını demək olar. Amma günümüzdə bu ənənə daha geniş vüsət alıb. Belə ki, əvvəllər mürəbbəni meyvədən hazırlayırdılarsa, indi tərəvəzlərin də mürəbbəsini bişirirlər. Məsələn, badımcanın, pomidorun, qırmızı acı bibərin, yerkökünün mürəbbələri olur. Həmçinin zeytundan və qozdan da mürəbbə bişirənlər var. Bəlkə də inanmayacaqsınız, amma şam ağacının qozasından belə mürəbbə hazırlamaq mümkündür. Görünən odur ki, ölkəmizdə mürəbbəyə böyük önəm verilir. Azərbaycanın dünyaya tanıdılmasında ən vacib qida növlərindən biri kimi qiymətləndirilir. Bunun da ən böyük göstəricisi "Meyvələrin bəhsi" adlı mürəbbə festivalının ölkəmizdə keçirilməsidir.

Maraqlıdır, bu qədər geniş çeşidi olan mürəbbənin faydası nədir, meyvəni bişirilmiş şəkildə nə qədər müddət bankada saxlamaq olar, meyvələr bişirilərkən tərkibindəki vitaminlər qalırmı?   
 
Tibb üzrə ekspert, professor Adil Qeybulla deyir ki, şəkər xəstələrinin mürəbbədən istifadə etməsi məqsədəuyğun deyil: "Mürəbbə müxtəlif meyvələrin şəkər və ya digər vasitələrin iştirakı ilə konservləşdirilmiş formasıdır. Meyvələri şəkərlə birlikdə qaynadıb bankalara yığıb saxlayırlar. İstənilən məhsul müəyyən dövrdən sonra öz keyfiyyətini itirir, o cümlədən də mürəbbələr. Orada şəkərin şəkil dəyişməsi, xarlanması baş verir. Xüsusilə də zoğal mürəbbəsində bu daha çox olur. Ona görə də mürəbbələrin də istifadə müddəti var. Yaxşı olar ki, mürəbbələr bişirildikdən sonra sərin yerdə saxlanılsın. Təbii ki, mürəbbə xalqımızın çayla içdiyi ən geniş yayılmış şirniyyat növüdür. Amma şəkər xəstələrinin mürəbbədən istifadə etməsi məqsədəuyğun deyil. Çünki mürəbbənin tərkibində hazır qlükoza var". 
 
Ekspert mürəbbənin qışda yeyilməsinin daha məqsədəuyğun olduğunu vurğulayır: "Ümumiyyətlə, mürəbbənin faydasına gəlincə, təbii ki, insan orqanizminə müsbət təsirləri çoxdur. Meyvənin tərkibindəki bioloji aktiv maddələr, vitaminlər konservləşdirilmiş şəkildə qalır və mürəbbədən istifadə zamanı orqanizmə daxil olur. Düzdür, mürəbbələr artıq hər fəsildə yeyilir. Lakin qışda istifadə olunması daha məqsədəuyğundur. Çünki yayda onsuz da meyvələrin bir çoxu təbii halda var, lazım olan vitamini qəbul edirik. Mürəbbəni qışda yeməklə vitamin çatışmazlığının qarşısını almaq olar. Bəzi mürəbbələrin müalicəvi əhəmiyyəti də var. Məsələn, zoğal, moruq mürəbbəsindən soyuqdəymə xəstəliklərində immun sisteminin möhkəmləndirilməsi üçün istifadə edilir. Yəni, bu mürəbbələr el arasında "türkəçarə" dediyimiz qədim türk təbabətinin bir hissəsidir". 
 
Milli Kulinariya Mərkəzinin direktor müavini Ceyran Ələsgərova isə mürəbbənin Azərbaycan çay mədəniyyətinin əsas tərkib hissəsi olduğunu qeyd edir: "Mürəbbələr yalnız hansı meyvənin, tərəvəzin konservləşdirilməsi deyil, Azərbaycan süfrə, çay mədəniyyətinin ayrılmaz bir hissəsidir. Biz çayı mütləq mürəbbə ilə içirik. Onu da qeyd edim ki, mürəbbələr bir neçə növə bölünür. Bunlardan bəziləri bahalı mürəbbələr siyahısına daxildir. Hansı ki, onların bişirilmə prosesi bir az mürəkkəbdir, xammalı da bahadır. Məsələn, qoz, zeytun, ərik mürəbbəsini qeyd etmək olar. Bəziləri də var ki, bir az ucuz başa gələn mürəbbələrdir. Bunlara misal olaraq, qarpız, badımcan mürəbbələrinin adını çəkmək olar. Hətta mürəbbələrin qiymətləndirilməsi çay süfrəsində təqdim olunduğu mürəbbəqabının da növündən asılıdır. Bayaq qeyd etdiyim mürəbbələr daha hündür ayaqlı qablarda, ucuz olanlar isə ayaqsız və qısa ayaqlı qablarda qoyulur". 

Həmsöhbətimizdən mürəbbənin istifadə qaydasını da soruşduq: "Meyvələr nə qədər bişirilsələr də, tərkibindəki qida komponentlərini, vitaminlərin bir hissəsini saxlayır və bu, qışda yemək üçün çox əhəmiyyətlidir. Mürəbbə ifrat dərəcədə istifadə edilməməlidir. Çay süfrələrimizdə gündəlik bir dəfədən çox yeyilməsi məsləhət görülmür. Əgər həddən artıq qəbul edilərsə, orqanizmə ziyan olar".
 
Direktor müavininin sözlərinə görə, spesifik olaraq yalnız bizdə hazırlanan mürəbbələr var ki, onlar dünya ölkələrinin də marağına səbəb olur: "Bəzi meyvələr var ki, yalnız bizdə yetişir və yalnız bizdə ondan mürəbbə hazırlayırlar. Bu baxımdan feyxoa meyvəsini misal göstərə bilərəm. Bizim mürəbbəmizi, şəkərə qoyulmuş formasını xarici ölkələrə gedəndə aparırıq və çox böyük marağa səbəb olur. Həmçinin qoz mürəbbəsi. Qoz bir çox ölkələrdə olsa da, onun ləpəsindən istifadə edilir. Qızdan yalnız bizdə mürəbbə hazırlanır. Bu baxımdan mürəbbələrimiz milli kulinariyamızın bir hissəsi kimi ölkəmizin tanıdılmasında böyük rol oynayır". 
 
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı