Bakıda ilk - Kitab dayanacaqları quruldu | Eurasia Diary - ednews.net

22 Noyabr, Cümə


Bakıda ilk - Kitab dayanacaqları quruldu

Cəmiyyət A- A A+

Bakıda ilk kitab dayanacağı açılıb.

Eurasia Diary xəbər verir ki, bu haqda Azərbaycanın tanınmış idman jurnalisti Sənan Şəfizadə öz "Facebook" profilində məlumat verib. Onun yayımladığı videoda dayanacağın Nəriman Nərimanov rayonu Nazim Hacıyev küçəsində açıldığı bildirilib. Dayanacağa daxil olan S.Şəfizadə Paolo Koelyonun "Veronika ölməyə

qərar verir" kitabını seçib. O bildirib ki, burada bir çox yazıçıların kitabı var. İstənilən şəxs buraya daxil olaraq özünə kitab seçə, oxuduqdan sonra onu geri qaytara və ya xatirə kimi özündə saxlaya bilər.

Qeyd edək ki, paytaxtın bir neçə yerində kitab dayanacaqları quraşdırılması nəzərdə tutulur.

 

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...