Səudiyyə Ərəbistanı səfirliyinin attaşesi Bakıda qəzaya düşdü | Eurasia Diary - ednews.net

18 Noyabr, Bazar ertəsi


Səudiyyə Ərəbistanı səfirliyinin attaşesi Bakıda qəzaya düşdü

Cəmiyyət A- A A+

Səudiyyə Ərəbistanının Azərbaycandakı səfirliyinin attaşesi Bakıda qəza törədib.

Eurasia Diary-nin “Report”a istinadən xəbərinə görə, hadisə paytaxtın Nəsimi rayonu, Rəsul Rza küçəsində baş verib.

Belə ki, həmin küçədə Vadim Soltanovun idarə etdiyi “Ford” markalı nəqliyyat vasitəsi Mohammed Abasinin idarə etdiyi “Mercedes” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində V.Soltanov yüngül xəsarət alıb, hər iki avtomobilə ziyan dəyib.

Qeyd edək ki, “Mercedes” markalı avtomobil Səudiyyə Ərəbistanı səfirliyinə məxsusdur. Avtomobili idarə edən şəxs isə səfirliyin attaşesidir.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...