Rektordan ƏMR - Universitet müəllimlərinin maaşı 25 faiz artdı | Eurasia Diary - ednews.net

13 Noyabr, Çərşənbə


Rektordan ƏMR - Universitet müəllimlərinin maaşı 25 faiz artdı

Cəmiyyət A- A A+

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) müəllimlərinin əmək haqları orta hesabla 25 faiz, işçilərin maaşı isə 20 faiz artırılıb.

Eurasia Diary xəbər verir ki, Universitetin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova bu barədə əmr imzalayıb.

“Məlumat üçün qeyd edək ki, AzMİU-da əməkhaqlarının artırılması dövlət sifarişi əsasında oxuyan tələbələrin təhsil xərclərinin miqdarının 2019-cu il sentyabrın 1-dən orta hesabla 30 faiz artırılması ilə bağlıdır.

Ölkə prezidentinin apardığı sosial islahatların tərkib hissəsi kimi bu addım da təhsil işçilərinin maddi-rifah halının yaxşılaşdırılmasına, işçilərin əməkhaqlarının artırılmasına hesablanıb. Eyni zamanda bu qərar kadr hazırlığını həyata keçirən ali təhsil müəssisələrinin maliyyə imkanlarının yaxşılaşmasına, maddi-texniki bazasının gücləndirilməsinə, bütövlükdə təhsil müəssisələrinin inkişafına müsbət təsir edəcək”, - Universitetdən bildirilib.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...