Erurasia Diary “Qafqazinfo”ya istinadla xəbər verir ki, hadisə rayonun Quşçular kəndində baş verib. Hərəkətdə olan avtomobil at arabasını vurub. Hadisə zamanı at arabasında olan 1991-ci il təvəllüdlü Ramazanov Maarif xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisəyə səbəb yolun qaranlıq olması səbəbindən at arabasının görünməməsi göstərilib.
Faktla bağlı araşdırma aparılır.