"Əli Kərimli özü başını avtobusun qapısına vurub" Baş Prokurorluq

Cəmiyyət 15:51 21.10.2019

“Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə, eləcə də özünü AXCP-nin sədri kimi təqdim edən Kərimli Əli Əmirhüseyn oğlunun özünə aid “facebook” səhifəsində oktyabrın 19-da keçirdikləri qanunsuz mitinq zamanı polis əməkdaşları tərəfindən ona xəsarət yetirilməsi barədə paylaşılmış məlumatlar və ictimai qaydanın kobud pozuntusu ilə müşayiət olunan hərəkətlərin qarşısı alınarkən hakimiyyət nümayəndələrinə qarşı müqavimət göstərilməsinə dair xüsusatlar Bakı şəhər prokurorluğunda araşdırılıb”.

Eurasia Diary Baş Prokurorluğun Mətbuat xidmətinə isitnadən xəbər verir ki, aksiya zamanı Əli Kərimli polisə müqavimət göstərib.

“Belə ki, özünü Demokratik Qüvvələrin Milli Şurası adlandıran qurumun üzvləri 2019-cu il oktyabrın 19-da paytaxtın mərkəzi ərazilərindən birində mitinq keçirmək barədə Bakı Şəhər İcra Hakimiyyətinə müraciət ediblər. Müraciətə baxılaraq "Sərbəst toplaşmaq azadlığı haqqında" Qanunun müvafiq tələblərinə əsasən ictimai asayişin pozulmasının qarşısının alınması, iğtişaş və cinayətlərin baş verməməsi, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə aksiyanın keçirilməsi üçün Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsindəki "Neftçi" idman klubunun təlim bazası təklif olunub.

Oktyabrın 19-da Milli Şura adlandırılan qurumun üzvləri, eləcə də özünü Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri kimi təqdim edən Əli Kərimli, həmin qurumun rəhbərliyində təmsil olunan şəxslər və digər destruktiv qruplar paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış, qanunsuz kütləvi aksiya keçiriləcəyi təqdirdə qarşısının alınacağı və baş verə biləcək ictimai qayda pozuntularına görə məsuliyyət daşıyacaqları barədə Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun xəbərdarlığından nəticə çıxarmayaraq, “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununun 9-cu maddəsinin tələblərinə zidd olaraq, Bakı Metropoliteninin “28 May” stansiyasının ətrafında razılaşdırılmamış mitinq keçirməyə və ictimai asayişi pozmağa cəhd göstəriblər.

Paytaxtın hüquq-mühafizə orqanları əməkdaşları tərəfindən həmin qanunazidd hərəkətlərin qarşısı alınmış, toplantıların təşkili və keçirilməsi qaydasının tələblərini pozduqlarına görə 60 şəxs barəsində inzibati xətalar haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Qanunsuz aksiya zamanı Əli Kərimli yaşadığı evdən çıxaraq razılaşdırılmamış mitinqin keçirildiyi əraziyə doğru irəliləyib açıq çağırışlar etdiyindən onun ictimai qaydanı qəsdən pozmaq cəhdinin, insanlar arasında yarana biləcək qarşıdurmanın, əhalinin rahatlığının pozulmasına yönələn hərəkətlərinin qarşısını almaq və inzibati məsuliyyətə cəlb etmək məqsədi ilə ərazidə xidmət edən polis əməkdaşları onu xidməti avtobusa mindiriblər. Həmin vaxt Əli Kərimli polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamaqda ifadə olunan hərəkətlərə yol verərək, onların ünvanına nalayiq söyüşlər işlətmiş, iki polis əməkdaşına müqavimət göstərərək onlara xəsarətlər yetirmiş, müqavimətini davam etdirib polis əməkdaşlarını itələyərək avtobusdan enməyə və provakasiyaya cəhd edərək başı nahiyəsini avtobusun dəmir barmaqlıqlı qapısına bir neçə dəfə vurmuş, nəticədə alın nahiyəsindən xəsarət alıb.

Bundan sonra barəsində qanunamüvafıq tədbir görülməsi üçün Xətai Rayon Polis İdarəsinə gətirilmiş Əli Kərimliyə dərhal ilkin tibbi yardım göstərilmiş, məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və baş nahiyəsində olan xəsarətin xarakterinə və lokalizasiyasına görə polis əməkdaşlarına müqavimət göstərərkən özü tərəfindən avtobusun dəmir barmaqlıqlı qapısına vurması nəticəsində törənməsi ekspertiza rəyində öz əksini tapıb. Daha sonra Əli Kərimli DİN-in hospitalında müayinədən keçirilib və nəticədə heç bir patoloji hal aşkar edilmədiyindən ona xəbərdarlıq elan edilərək evinə buraxılıb.

Həmçinin Əli Kərimlinin müqavimət göstərdiyi polis əməkdaşları məhkəmə-tibb eksperti tərəfindən müayinə edilmiş və onların bədəni üzərində göstərilən şəraitdə yetirilməyə xarakterik xəsarətlər müəyyən edilib.

Bununla yanaşı qeyd olunmalıdır ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə paytaxtın mərkəzi hissəsində razılaşdırılmamış və qanunsuz təşkil edilmiş kütləvi aksiyanın qarşısı alınarkən polis əməkdaşları tərəfindən güc tətbiq edilməsi barədə paylaşılmış məlumatlar tamamilə əsassız olmaqla Baş Prokurorluq tərəfindən təkzib olunur.

Belə ki, qanunverciliyin müəyyən etdiyi hədlərdə və vasitələrlə fiziki qüvvə tətbiqi polis əməkdaşlarının qanuni tələblərini icra etməyən inzibati xəta və ya cinayət törətmiş şəxslərin tutulması, eləcə də hüquqpozmaların törədilməsi zamanı onlara qarşı güc işlədilməsi hallarında nəzərdə tutulub. Məlum qanunsuz təşkil edilmiş aksiyanın qarşısının alınması zamanı polis əməkdaşları tərəfindən həmin qanunvericiliyin pozulması hallarına yol verilmədiyi və ümumiyyətlə hər hansı xüsusi vasitələrdən istifadə edilmədiyi müəyyən edilib. Polis əməkdaşları tərəfindən hər hansı güc tətbiqinə və zorakı hərəkətlərə yol verilməyib”.

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
"Netanyahu sizi buna inandırmağa çalışır"
20:27 07.07.2025
Niyə kökəlirik?
19:54 07.07.2025
Hamısı