Mehriban Əliyevanın göstərişi ilə borcu silinən şəhid ailəsi danışdı - VİDEO | Eurasia Diary - ednews.net

7 Dekabr, Şənbə


Mehriban Əliyevanın göstərişi ilə borcu silinən şəhid ailəsi danışdı - VİDEO

Cəmiyyət A- A A+

Şəhid ailəsinin bank tərəfindən müsadirə edilən evi Birinci Vitse-Prezident Mehriban Əliyevanın təşəbbüsü ilə özlərinə qaytarılıb.

Eurasia Diary xəbər verir ki, bu barədə şəhid Şaban Cəfərovun qızı Nərminə Cəfərova ''Xəzər xəbər''ə danışıb. Onun sözlərinə görə, yaranan borc tam şəkildə banka ödənib və evin üzərindəki həbs bu gün götürülüb.

Şəhid qızının sözlərinə görə, borc hələ 2014-cü ildə alınan kreditə görə yaranıb. Bundan sonra ailə ölkə rəhbərliyinə müraciət edib və qısa zamanda problem nəzarətə götürülüb. Ailəyə sevindirici xəbər isə bir neçə gün əvvəl verilib.

Şəhidin ailəsi həm sentyabr ayında şəhidin həyat yoldaşının əməliyyat xərclərini qarşıladığı, həm də evləri geri qaytarıldığı üçün ölkə rəhbərliyinə minnətdarlıq edir.

Qeyd edək ki, Şaban Cəfərov 1992-ci ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olub və 1994-cü ildə Ulu öndər Heydər Əliyev tərəfindən onun ailəsinə Mingeçiverdə yerləşən sözügedən ev hədiyyə edilib. Hazırda orada şəhidin həyat yoldaşı və oğlu yaşayır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...