“Mənə ev tikdirib, qızımı əməliyyat etdirdi” Mehriban Əliyeva əlil ailəsinə sahib çıxdı

Cəmiyyət 11:46 15.11.2019
Birinci Vitse-Prezidenti Mehriban xanım Əliyeva şəhid ailələri, qazi və veteranlara qarşı həmişə diqqətlə yanaşaraq, onların problemlərinin həlli istiqamətində müsbət göstərişlər verir. Dünən şəhid Şaban Cəfərovun banka girov qoyulan mənzili də məhz birinci xanımın köməkliyi ilə şəhidin ailəsinə qaytarıldı. 
 
 
Bu dəfəki müsahibimiz isə Cəlilabad rayon Muğan kənd sakini, ikinci qrup əlil Oqtay Dəmirovdur. O.Dəmirov da dörd övladıyla birlikdə indi M.Əliyevanın göstərişi ilə tikilən yeni mənzilinin sevincini yaşayır. Müsahibimiz deyir ki, Mehriban xanımla görüşmək isə bir qismət məsələsi olub:
 
“Mən Dəmirov Oqtay Xankişi oğlu 1983-cü ildə Cəlilabad rayon Muğan kəndində anadan olmuşam. Ailədə bir bacı və qardaşıq. Çox kasıbçılıqla böyümüşük. Ailəliyəm dörd övladım var. Atamı isə 2016-cı ildə itirmişəm. Neçə illər idi ki, atamgilin nimdaş, uçmaq təhlükəsiylə üz-üzə qalan komasında yaşayırdıq. Özüm ikinci qrup əliləm və neçə illərdir ki, müalicəylə yaşayıram”. 
 
“Anam Mehriban xanımla görüşü zamanı çox çətin şəraitdə yaşadığımızı...”
 
 
“Anam isə bir neçə ildir ki, Üçüncü Fəxri Xiyabanda işləyir. İki ay öncə Mehriban xanım Əliyevanın fəxri xiyabana ziyarəti zamanı anam Razziyə Dəmirova onunla görüşməyə imkan tapıb. Anam Mehriban xanımla görüşü zamanı çox çətin şəraitdə yaşadığımızı, evimizin uçmaq təhlükəsiylə üz-üzə qaldığını bildirərək, xəstə övladımın əməliyyatı üçün Mehriban xanımdan kömək istəyib. Bu görüşdən bir neçə gün sonra rayon rəhbərliyi mənimlə əlaqə saxladı və Heydər Əliyev Fondu tərəfindən mənə yeni ev tikiləcəyi bildirildi”. 
 
“Bununla yanaşı, məni mətbəx mebeliylə də təmin etdilər...”
 
 
“Mənə başqa yerdə ev tikmək üçün torpaq sahəsi təklif olunsa da, istəmədim. Dedim ki, elə ata evimizin yerində mənə ev tikilsin. Belə də oldu və Mehriban xanımın göstərişi nəticəsində mənə üç otaqlı, ümumi sahəsi 110 kvadratmetr olan ev tikildi. Bununla yanaşı, məni mətbəx mebeliylə də təmin etdilər və evdə son tamamlama işləri gedir”.  
 
“On bir yaşlı qızım Xumar gözündəki problemlərə görə əməliyyat olundu...”
 
“Bununla yanaşı, özüm Bakıda xəstəxanalardan birində müayinə olundum, dərmanlarla təmin etdilər. On bir yaşlı qızım Xumar gözündəki problemlərə görə əməliyyat olundu. Bir sözlə, Mehriban xanım bizə yeni bir həyat bəxş etdi və mən öz ailəm adından ona dərin təşəkkürümü bildirirəm. 
 
Bu gün kəndimizdə mənə ev tikilməsi hamı tərəfindən maraqla qarşılanıb. İnsanlar mənim kimi kasıb, çarəsiz bir insanı evlə təmin etdiyi üçün Mehriban xanıma dua edirlər. Allah Prezidentimizi, Mehriban xanımımızı qorusun. Bir neçə gün sonra ailəmlə birlikdə yeni mənzilimə köçəcəm”. (moderator.az)
Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Hamısı