"Qarabağ azad olunmamış, mən sinəmə medal vurub qəhrəmanam deyə bilmərəm!" Fred Asif Məhərrəmov

Cəmiyyət 21:20 16.11.2019

Asif Yusif oğlu Məhərrəmov 1952-ci il iyulun 26-da Ağdam şəhərində dünyaya göz açıb. O, on bir uşağı olan böyük bir ailənin ilki idi.

Asif Məhərrəmovun uşaqlığı yoxsulluq içində keçib, həmin vaxtlarda boks və futbolla məşğul olub.

1969-cu ildə Ağdam şəhər 1 saylı orta məktəbi bitirdikdən sonra Ağdam Dəzgahqayırma Zavodunda fəhlə kimi işləməyə başlayıb.

1971-ci il 31 oktyabr ayında Ağdam kinoteatrında davada iştirakına görə, onu həbs edirlər. Asif iki il müddətində azadlıqdan məhrum edilir, həmin müddətin səkkiz ayını həbsxanada yatır.

Asifin qardaşı Ədalət Məhərrəmov xatırlayır:

“Asifi skamyanın ağacları ilə vurmuşdular, amma o, daha qüvvətli zərbə endirmişdi, birinin dişi tökülmüşdü, birinin burnu qırılmışdı. Həmin 3-4 nəfər pul verdi, canlarını qurtardılar. Bizdən də 2500 manat pul istədilər. Pulumuz olmadı verməyə və nəticədə Asifi tutdular.”

1976-cı ildə Asif sevdiyi qızı qaçırır, ancaq bu mövzuda da taleh onun üzünə gülmür.

Belə ki, qısa müddət sonra onların olduğu maşın qəza törədir, hadisə nəticəsində "Təcili yardım" maşını ilə toqquşduğu üçün Asifə 5 il 6 ay müddətində həbs cəzası verilir. 1980-ci illərin sonlarında həbsxanadan çıxdıqdan sonra, Asif Moskvadakı dostlarının yanına gedir. Ancaq yenidən Ağdama qayıdır…

Qarabağ müharibəsi dövründə, o, Allahverdi və Eldar Bağırovla yaxın dost idi. 1991-ci ilin 15 noyabrında “Haqq Cəbhəsi” batalyonunu yaradılmışdı. Qardaşları Ədalət, Səxavət, Bəhlul və Mahir də onun batalyonunda döyüşürdülər. 1991-ci il 31 dekabr tarxində Xramort kəndinin azad edilməsində Asif fərqlənir.

Ağdamın Muradbəyli kəndi ərazisindəki hərbi hissəni müxtəlif siyasi qüvvələr dağıdıb, ordakı silah-sursatdan hakimiyyət uğrunda apardıqları mübarizədə istifadə etmək istəyən zaman Fred Asif bunun qarşısını alır, öz batalyonunu həmin hərbi hissənin ərazisində yerləşdirir və hadisədən sonra həmin silahlar yalnız Azərbaycanın müdafiəsi üçün istifadə edilir.


Azərbaycan Respublikası Müdafiə Naziri Dadaş Rzayevin fərmanı ilə Asifə polkovnik-leytenant hərbi rütbəsi verilir. Asifin hərbi təhsili olmamasına baxmayaraq, o, 859 saylı batalyonun ilk komandiri oldu.

Asif 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı camaatını xilas etmək üçün Ağdam-Əsgəran istiqamətində dəhlizin açılmasında, öz batalyonu ilə iştirak edərək, böyük şücaət göstərib. Həmçinin, 1992-ci il 7 mart 859 saylı hərbi minaaxtaranlar hissəsinin komandiri təyin olunur, martın 10-da isə Asifin köməyi ilə Aranzəmin, Pircamal, Dəhrəz kəndləri düşmən əsarətindən azad edilir. Mart ayının 20-də Füzuli şəhərini öz batalyonunun köməyi ilə düşməndən qoruyur. 1992-ci ildə qəzetlərə verdiyi müsahibədə Asif deyirdi:

“Mən realistəm. Əgər qüvvələrimizi vahid komandanlıq altında birləşdirə bilsək, qələbə bizimdir.”

Asif 24 iyun 1992-ci il Naxçıvanlı kəndində uğrunda gedən döyüşdə ağır yaralanır. Müalicə olunandan sonra isə cəbhəyə qayıdır. 1992-ci il iyunun 28-də döyüşdən qayıdanda ermənilər qumbaraatanla vurmuşdular və onun maşını aşmışdı. Asifin ağ ciyəri ciddi zədələnmişdi və ağzından qan gəlirdi. O zaman onun “Milli Qəhrəman” adına layiq görülməsi haqqında təqdimat yazıldı.

Asif 1993-cü il iyulun əvvəlində Ağdam ictimaiyyətinin nümayəndələri ilə birlikdə Heydər Əliyevin qəbuluna gəlir, burada ən uzun çıxışı o edərək 45 dəqiqə Ağdamdakı vəziyyətin gərginliyini çatdırır. İyulun 17-də Heydər Əliyev Asifi bir də yanına çağırtdırır, həmin ərəfədə narahatçılıq vardı ki, Bakıda təxribat hazırlanır. Asif Heydər Əliyevlə 3 saat söhbət elədi və ona bildirdi ki, “Nə mən, nə də mənim ətrafımdakılardan heç kim bu işlərə qarışmırıq.”

1993-cü il iyul ayının 23-də, təxminən axşam saat beşdə qeyri-bərabər döyüşdə yüzlərlə şəhid verən Ağdamın müdafiəçiləri geri çəkilmək məcburiyyətində qaldılar. Həmin gün Fred Asif çox ağır vəziyyətdə Bakıda xəstəxanada idi. Ağdamın işğal olunması xəbəri Asifi çox sarsıtdı, vəziyyəti daha da pisləşdi. O, uzun illərin həbsxana və səngər həyatından sonra vərəm xəstəliyi ilə əlbəyaxa mübarizə aparırdı.

1993-cü il 27 oktyabr tarixində Asif Şelli uğrunda gedən döyüşdə iştirak edir, onun səhhəti çox ağırlaşır, hərbi hissəni təhvil verir və müalicə məqsədi ilə Yalta şəhərinə gedir. 1 iyul 1994-cü ildə vərəmdən vəfat edir.
1991-ci ildə 12 futbol komandası Ağdama gəlməkdən boyun qaçırmışdı. Qarabağ FK-nın keçmiş futbolçusu Yaşar Hüseynovun sözlərinə görə, futbolçular batalyonuyla stadionun bazasında məskunlaşan Asifə müraciət ediblər ki, döyüşçülərə qoşulsunlar. Fred Asif razı olmayaraq bildirib ki, “Mən döyüş üçün 11 min insan taparam, amma 11 futbolçu tapa bilmərəm ki, “Qarabağ”ın heyətində oynasın.”
Asif Məhərrəmova "Fred" ləqəbini ona 1970-ci illərdə onun yoldaşları Ağdamın "Dostluq" kinoteatrında nümayiş olunan Danimarkanın "Birinci vur, Fred" filminin əsas qəhrəmanının şərəfinə veriblər.

Hal-hazırda Bakıdakı küçələrdən biri onun adını daşıyır. 2007-ci il 28 avqustdan Azərbaycanda X siniflər üçün azərbaycan və rus dillərində hazırlanan “İbtidai hərbi hazırlıq” dərsliklərinə ilk dəfə olaraq Fred Asif haqqında məlumat daxil edilib. 2008-ci ildən Fred Asif adına İnkişaf Fondu fəaliyyət göstərir.
1996-cı ildə yazıçı və publisist Mustafa Çəmənli onun haqqında "Fred Asif" sənədli romanını yazıb, bununla yanaşı, 2014-cü ildə Asifin həyatından bəhs edən “Haqqa söykənən həyat” filmi də çəkilib.
Azərbaycan Respublikası prezidentinin 7 dekabr 1992-ci il tarixli 350 saylı fərmanı ilə Məhərrəmov Asif Yusif oğluna "Azərbaycanın Milli Qəhrəmanı" adı verilsə də, təltif olunan Fred Asif bu addan imtina edir. Asifin cavabı isə çox qəti və məntiqli oldu:

“Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq.”


Yalnız 1998-ci ildə, Asifin ölümündən dörd il sonra prezident Heydər Əliyev onun “Milli Qəhrəman” adını yenidən bərpa edir və vəsiqəsi ilə qəhrəman ulduzunu anasına təqdim edilir.

Qəhrəmanımızın müharibə illərində dediyi dəyərli ifadələri sizə təqdim edirik:

-Azərbaycan torpaqlarını sülh yolu ilə qaytarsaq, onda kişilər başlarına yaylıq bağlasın. Çünkü erməni bizə dağ çəkib! Bu torpaqları sülh yolu ilə qaytarmaq qəbul edilməzdir!

-Ağdam müharibəsiz alınsa, o torpağa ayaq basmayacam!

-Azərbaycanın böyük bir ərazisi işğal olunub, xeyli insan əsir götürülüb. Mən sinəmə medal vurub, qəhrəmanam deyə öyünə bilmərəm. Müharibəni qələbə ilə başa vurarıq, bayrağımızı İrəvana sancarıq, ondan sonra qəhrəman məsələsinə baxarıq!

-Ay uşaqlar, bilin, bu torpaqdan başqa bizə yer yoxdur. Qeyrət də, namus da, xətir-hörmət də, ağsaqqal da, qarasaqqal da bu torpaqdadır. Bu torpaqdan o yana çıxdınız, hamısını itirəcəyik!

-İlahi, atılan mərmilər kaş ki, uşaq, qadın və qocalardan yan keçəydi. Əsir düşmüş əsgərə işgəncə verməyin. İllah da yaşı altmışı ötmüş qocaya, qadına. Döyüşçüyə qarşı döyüşün!

Ruhun şad olsun Vətən oğlu!

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı