Hər il Azərbaycanda 17 noyabr Milli Dirçəliş günü kimi qeyd olunur. Bu əlamətdar gün münasibətilə hərbiçilərimiz Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasının Uşaq Nevroloji Sanatoriyasında olublar.
Eurasia Diary məlumat verir ki, Beyləqan-Füzuli birliyinin Aprel döyüşlərində iştirak etmiş hərbi qulluqçuları Uşaq Nevroloji sanatoriyasında müalicə olunan 35 uşağı ziyarət ediblər.
Orada hərbiçilərimizi sanatoriyanın şöbə müdiri Sevinc Abbasova qarşılayıb. Mərkəzin şəraiti, görülən işlər həmçinin müalicə vasitələri barədə məlumat verib.
Qonaqlar, uşaqlarla tanış olub, onlarla birlikdə dəyərli vaxt keçiriblər.