“Milli Məclisin qərarı tarixi qərar oldu" - Azay Quliyev - VİDEO | Eurasia Diary - ednews.net

12 Dekabr, Cümə axşamı


“Milli Məclisin qərarı tarixi qərar oldu" - Azay Quliyev - VİDEO

Cəmiyyət A- A A+

“İndi Azərbaycanda yeni siyasi şərait, siyasi proseslərə fərqli baxışlar mövcuddur. Prezident tərəfindən aparılan sürətli ishalatlar fonunda Azərbaycan dəyişir, modernləşir, müasirləşir. Odur ki, bu tələblərə cavab verən çevik qanunverici orqan olması da lazımdır”.

Eurasia Diary xəbər verir ki, bu fikirləri millət vəkili Azay Quliyev CBC-nin Xəbərlər buraxılışında bildirib. Parlamentin buraxılması və növbədənkənar seçkilərin keçirilməsi ilə əlaqədar Milli Məclisin muraciətini şərh edən A.Quliyev bildirib ki, müasir tələblərə cavab verən nəticə uğrunda daha çox işləmək lazımdır. Millət vəkili bildirib ki, Milli Məclis tarixi qərar verib və ölkənin siyasi təcrübəsində yeni ənənənin əsasını qoymuş olub.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...