Milli Məclisin vəfat etmiş deputatı, İnsan hüquqları komitəsinin sabiq sədr müavini Yevda Abramovla vida mərasimi Qubanın Bəşir Səfəroğlu adına Mədəniyyət Evində keçiriləcək.
Eurasia Diary-nin verdiyi məlumata görə, vida mərasimində iştirak etmək üçün paytaxtdan və respublikanın bölgələrindən dövlət və ictimai xadimləri Qubaya gəlib.
Vida mərasimi bu gün saat 12:00-da B.Səfəroğlu adına Quba mədəniyyət evində keçiriləcək.
Mərasimdən sonra mərhum Qırmızı Qəsəbə ərazisində yerləşən dağ yəhudilərinin dəfn edildiyi qəbirstanlıqda torpağa tapşırılacaq.