Cəlilabadda avtomobil aşıb - sürücünün həyat yoldaşı ölüb | Eurasia Diary - ednews.net

23 Yanvar, Cümə axşamı


Cəlilabadda avtomobil aşıb - sürücünün həyat yoldaşı ölüb

Cəmiyyət A- A A+
Cəlilabadda qəza nəticəsində sürücünün həyat yoldaşı dünyasını dəyişib.
 
Eurasia Diary-nin "apa"ya istinadən verdiyi xəbərə görə, qəza Cəlilabad-Boyaxanlı avtomobil yolunda baş verib.
 
Rayonun Adnalı kənd sakini Məmmədbağır Məhəmmədhüseyn oğlu Şirəliyev "Niva" markalı avtomobillə Cəlilabad istiqamətində hərəkətdə olan zaman qəfildən idarəetməni itirib və avtomobil aşıb. Nəticədə sürücü və onun həyat yoldaşı 1975-ci il təvəllüdlü Xuraman Şirəliyeva müxtəlif bədən xəsarətləri alıb. Bədən sümüklərinin çoxsaylı sınığı və travmatik şok diaqnozu ilə Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılan Xuraman Şirəliyeva dünyasını dəyişib.
 
Onun meyiti aidiyyəti üzrə təhvil verilib.
 
Faktla bağlı araşdırma aparılır.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...