Metro bu səbəbdən - gec bağlanacaq | Eurasia Diary - ednews.net

28 Yanvar, Çərşənbə axşamı


Metro bu səbəbdən - gec bağlanacaq

Cəmiyyət A- A A+
"Qarabağ" futbol klubu bu gün saat 21:55-də Tofiq Bəhramov adına Respublika stadionunda UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində son oyununu keçirəcək.
 
“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətindən Eurasia Diary-ə verilən məlumata görə, qarşılaşmanı arenadan canlı izləyəcək azarkeşlər 00:30-a qədər metropolitenin "Gənclik" stansiyasına daxil ola və qatarlarla mənzil başına çata bilərlər.
 
“Digər stansiyaların girişi adi iş vaxtı qaydası ilə saat 00:00-da bağlanacaq”, - deyə məlumatda qeyd olunub.
 
Xatırladaq ki, Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda “Qarabağ” Lüksemburqun “Düdelanj” klubu ilə qarşılaşacaq.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...