BMT-nin Baş qərargahındakı Azərbaycan nümayəndəliyinin əməkdaşı BAMF-in qonağı oldu - FOTOLAR | Eurasia Diary - ednews.net

19 Fevral, Çərşənbə


BMT-nin Baş qərargahındakı Azərbaycan nümayəndəliyinin əməkdaşı BAMF-in qonağı oldu - FOTOLAR

Cəmiyyət A- A A+

Sovetlər İttifaqının, Rusiyanın ən nüfuzlu tele proqramlarının müəllif və aparıcılarından biri, məhşur rejissor, ictimai-siyasi xadim, həmyerlimiz Yuliy Qusmanın oğlu, BMT-nin Baş qərargahındakı Azərbaycan nümayəndəliyinin əməkdaşı Vadim Qusman Beynəlxalq Avrasiya Mətbuat Fondunun ofisində oldu.

Eurasia Diary bildirir ki, görüş zamanı Beynəlxalq Avrasiya Mətbuat Fondunun prezidenti Umud Mirzəyev və qonaq anarasında maraqlı müzakirələr oldu, və gələcək əməkdaşlıq imkanlarından danışıldı.

İşgüzar söhbətdən sonra qonaqla BAMF-in qərargahında təşkilatın fəaliyyəti ilə yaxından tanış olmaq üçün qısa ekskursiya oldu. Həmyerlimizə BAMF-in konfrans zalında Dağlıq Qarabağ münaqişəsindən zərər çəkən məcburi köçkün uşaqların həyatı haqda qısa metrajlı bir film nümayiş etdirildi, eyni zamanda o, erməni qəsbkarlarının Azərbaycana qarşı törətdiyi fəlakət və ziyanları sənədli əks etdirən məlumat lövhələri ilə tanış oldu.

Sonda qonaq BAMF rəhbərinə müsafirpərvərliyə görə öz dərin minnətdarlığını bildirdi.   

1

1

1

1

1

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...