BMT-nin Uşaq Fondunun (UNİCEF) və Avropa İttifaqının maliyyə dəstəyi ilə Beynəlxalq Avrasiya Mətbuat Fondu tərəfindən həyata keçirilən "Azərbaycan Gənclərinə Dəstək Programı" (AYAP) layihəsi çərçivəsində Tərtər Rayon İcra Hakimiyyəti başçısı ilə görüş keçirilib.
Eurasia Diary xəbər verir ki, görüşdə Tərtər rayonunda həyata keçiriləcək AYAP layihəsi çərçivəsində, "Gənclər üçün Dil Mərkəzi"nin yaradılmasına dair ilkin razılıq əldə olunmuş və layihənin icrasına start verilmişdir.
Qeyd edək ki, layihənin əsas məqsədi gənclər üçün ödənişsiz dil kursunun yaradılmasıdır.