Xocalıda şəkili çəkilən qızları 24 il sonra tapdılar FOTO

Cəmiyyət 15:26 26.02.2020

1993-cü ildən bu yana balaca qızcığaz və qucağında bacısı olan bir foto az qala bütün dünyanı dolaşır. Şübhə yoxdur ki, bu şəkil çəkilən zaman bu balaca qızcığaz heç nəyin fərqində deyildi. Tarixə düşəcəyini belə,ağlından keçirmirdi.

Eurasia Diary xəbər verir ki, 24 ildən sonra o şəkildəkiləri tapmaq da bir başqa məsələdir. Sən demə, müharibənin bütün ağrı-acısını, qan-qadasının bir anını bu fotoşəkildə donduran gözüyaşlı qızlar Kəlbəcər sakinləri Həyat və Fatimə bacılarıdır. Onların ağlama səbəbi itirdikləri analarıdır...

Gözüyaşlı halda bacısını sinəsinə basan qız 1980-ci il təvəllüdlü Həyat Fikrət qızı Bayramovadır. Onun qucağındakı qızcığaz isə bacısı 1992-ci il təvəllüdlü Fatimədir. Onlar Kəlbəcərin Yanşaq-Zallar kəndindəndirlər. Həyat Bayramova 1994-cü ildən etibarən Goranboy rayonunun Buzluq kəndində yaşayır. İndi ailəlidir, 2 qızı, 1 oğlu var.

Modern.az saytı uzun axtarışlardan sonra bacıları tapa bildi. Fatimə o qanlı-qadalı günlərdən böyüklərindən eşitdiklərini belə nəql edir:

"Mən həmin vaxt çox kiçik idim. O günü xatırlamıram belə... Amma bacım Həyat və anamın mənə danışdıqlarından həmin gün çox vahiməli an kimi yaddaşıma hopub. Biz ailədə 7 uşaq olmuşuq: 5 bacı və 2 qardaş. Həmin gün ermənilər kəndə bomba atmışdılar, partlayış olmuşdu. Hamımız bir-birimizdən aralı düşmüşdük.

Anam həmin partlayış vaxtı məni, bacılarımı və qardaşımı götürüb kənddən çıxıb. Bizi Murovun ətəyində maşından düşürüb onu gözləməyimizi tapşırır. Özü isə atamı və qardaşım Mehdini axtarmağa gedir. O qaçhaqaçda insanlar sel olub axırdı. Həmin vaxt anam, atamı və qardaşımı tapıb, amma bizi itirib".

Elə həmin vaxt bacısını bir an belə qucağından yerə qoymayan, gözüyaşlı Həyata bir adam yaxınlaşır:

"Həmin vaxt Həyatla mən, bizimlə gələn bacı-qardaşımızdan ayrı düşmüşdük. Xanların Mollacəlilli kəndindən olan bir nəfər Həyatdan "atan, anan hanı" deyə soruşanda, o, "bilmirəm" cavabını verib. Bundan sonra həmin adam bizi evinə aparmışdı. Səhv etmirəmsə, Saşa və Kolya adında uşaqları var idi".

Həyat xanım isə həmin günü Kəlbəcərin bombardman olunması kimi xatırlayır:

"Anam bizi Xanlarda düşürüb qardaşımgili axtarmağa getdi. Həmin foto da orada çəkilib. Amma onun çəkilməsindən mənim xəbərim olmayıb. Xanlardan olan kişi bizi evinə apardığından valideynlərim bizi, biz də onları axtarmışıq. Onun adını xatırlamasam da, yoldaşının adının Yazgül olduğunu bilirəm. Oğlanlarının birinin adı Saşa, o birinin adı Kolya idi. Onların evində 15 gün qalandan sonra valideynlərimiz bizi tapdılar.


Sonralar o şəkilimizi görəndə həmin gün gözümdə canlanırdı. Böyüklərin qışqırtısı, körpələrin ağlayışı hələ də gözümün önündən getmir".

Fatimə Bayramova deyir ki, sonradan ailə Gəncə şəhərinin Gülüstan qəsəbəsində məskunlaşıb:

"Biz hamımız Gəncənin Gülüstan qəsəbəsində yaşayırıq. Bacı-qardaşlarımdan ailəli olanı var. Onların da hərəsinin öz evi-eşiyi var. Atam da, anam da işləmirlər, təqaüdçüdürlər. Elə mən özüm də işləmirəm, gündəlik ev qayğıları ilə məşğulam".

Fotoşəklin çəkildiyi vaxt erməni cəlladlarının hansı məkrli oyunlar oynadığından xəbərsiz olan Fatimə doğma Kəlbəcər rayonunu yaddaşına hopdurmadan tərk etdiyinin fərqində belə, deyildi. O hər dəfə bacısı Həyatla olan şəklini televiziyalarda, qəzetlərdə, sosial şəbəkələrdə görəndə qəhərləndiyini deyir.

 

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

"Mən ləyaqətli ölümdən və ya şəhidlikdən qorxmuram"
13:21 08.07.2025
Türkiyə Ukraynadan cavab gözləyir
13:06 08.07.2025
Antarktikada Yer kürəsinin "buz arxivi" tapıldı
12:50 08.07.2025
Smartfonunuzun işığı yuxu rejiminizi poza bilər
12:35 08.07.2025
Çin-Nepal Dostluq Körpüsü uçdu
12:20 08.07.2025
Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Hamısı