Mübariz Mənsimovun həbsindən sonra Türkiyədə yeni hərəkat yaradılıb.
EDNews-un məlumatına görə, Konkret.az-a göndərilən müraciətdə bildirilir ki, hərəkatın hazırda 23 ölkədən 13 min 560 üzvü var.
Hərəkat haqqında danışan Sahil İmanov vurğulayıb ki, məqsəd Mübariz Mənsimovu şərləməkdə günahlandırılan nəhəng şirkətlərlə beynəlxalq miqyasda mübarizə aparmaq və Mübariz Mənsimovun günahkar olmadığını dünyaya sübut etməkdir.
Sahil İmanov bildirib ki, “Mübariz Mənsimov hazırda Silivri həbsxanasında aclıq aksiyasını davam etdirir. Həbsxana rəhbərliyindən aldığım məlumata görə, Mübariz nə su içir, nə yemək yeyir. Bir azərbaycanlı olaraq bu məni və bütün Azərbaycan xalqını narahat edir. Mübariz Mənsimov aclıq aksiyasını sona qədər davam etdirəcək. Türk və Azərbaycan xalqının qardaşlıq və birliyi sayəsində Mübariz Mənsimovun azad edilməsi üçün əlimizdən gələni edəcəyik”.