"EDNews"un əvvəllər baş redaktoru olan siyasi analitik, hazırda Çinin məşhur CGTN telekanalının aparıcısı Malik Ayyub Sumbal ötən gün AzTv-nin efirində COVİD-19 virusu ilə bağlı şərh verib.
Şərhində o, bəşəriyyətin üzləşdiyi COVİD 19 virusunun aradan qaldırılması istiqamətində dövlət tərəfindən dəqiq təlimatlar verildiyini bildirdi.
O, Çində də hazırki durumda xəstəliyə qarşı göstərilən ciddi və uğurlu səylərin nəticəsində virusun tədricən səngidiyini və hal-hazırda dünya çağırışına həmrəy olaraq virusdan qorunma məqsədilə online rejimdə fəaliyyət göstərdiklərini bildirdi.
Malik Ayyub Sumbal özünü təcridetmə və sosial məsafənin saxlanılması kimi tədbirlərin bu virusla mübarizədə yeganə üsul olduğunu xüsusi vurğuladı.
"İnsanlar bu virusun yayıldığı kütləvi yerləri ziyarət etməməlidirlər. Hər yerdə fövqəladə vəziyyət elan olunub və hər şey insanların məsuliyyətindən asılıdır," deyə bildirdi.
Malik Ayyub Sumbalın tam çıxışını video vasitəsilə izləyə bilərsiniz.