Aprel döyüşlərinin canlı əfsanələri "24 kəşfiyyatçı ilə Lələtəpəni götürdü"

Cəmiyyət 16:06 02.04.2020

Bu gün tarixə 4 günlük müharibə kimi düşmüş, “Aprel döyüş”lərinin ildönümüdür. Əsgərlərimizin misilsiz qəhrəmanlıqları sayəsində Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər və Seysulan kəndi, Cəbrayıl rayonunun Lələ təpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madaqiz kəndi istiqamətində yollar düşməndən azad olunub.

Aprel döyüşlərində Azərbaycan ordusu 92 şəhid verib. Raquf Orucov, Vüqar Yusifov, Samit İmanov, Əbu Bəkir İsmayılov, Pəncəli Teymurov və digər qəhrəman zabit və əsgərlərimiz canlarını bu vətən uğrunda qurban verib. Onlardan kimi öz döyüş yoldaşını xilas edərkən, kimisi isə torpaqlarımızın azadlığı uğrunda qəhrəmanca döyüşərkən, şəhid olub.

Aprel Döyüşlərinin taleyini ordumuzun xeyrinə dəyişən zabitlərimizdən bir qismi isə vətən yolunda qazi olub və bu gün onlar ordumuzun “canlı əfsanələri” hesab olunur. Bu məqalədə Aprel döyüşlərində xüsüsi igidliyinə görə fərqlənən bir neçə zabitimizi sizlərlə tanış edəcəyik.

 Mayor Mirdaməd Bağıyev

– O, zərgər dəqiqliyi ilə tabeçiliyində olan hərbi vasitələrdən istifadə edərək düşmənin tank alayının döyüş düzülüşünə açılmasının qarşısını almaqla döyüşün taleyini dəyişdi.

Ümumilikdə, o, erməni ordusunun 12 hərbi texnikasını (7ədəd tank, 1 ədəd PDM-2, 3ədəd şəxsi heyət dolu avtomobil və 1 ədəd yüksək rütbəli komandirlər üçün nəzərdə tutulan Jeep avtomobili) məhv edərək düşmənin bütün strateji planlarını alt-üst etdi.

Polkovnik-leytenant Nəsimi Şıxəliyev

– Orta əsrlərdə iki ordu üz-üzə gələndə Şixaliyev kimi cəngavər komandanlar döyüşün taleyini dəyişirdi. Onlar özləri ən öndə düşmənin üstünə şığımaqla arxasından minlərlə əsgəri aparır və döyüşdə zəfəri təmin edirdi. Nəsimi Şıxaliyev də “Aprel Döyüşləri”ndə orta əsr cəngavərlərindən heç də fərqlənməyərək tabeçiliyindəki 24 kəşfiyyatçı ilə birgə düşmən üstünə hücuma keçdi və Lələ Təpəni ələ keçirdi.

Polkovnik-leytenant Eldəniz Hüseynov

– O, Aprel döyüşlərində sözün həqiqi mənasında  Əliağa Şıxlıniskinin layiqli davamcısı olduğunu sübut etdi. Məlumdur ki, 4 günlük müharibədə artilleriyamız düşmənə göz açdırmır, qarşı tərəfə ağır itkilər verdirirdi. Döyüşlər zamanı Talış istiqamətində dəqiq artilleriya zərbələrilə düşmən üzərində qələbəmizdə müstəsna rol oynayan artilleriya rəisi Eldəniz Hüseynov ordumuz və xalqımız üçün fəxr yeridir, qürur mənbəyidir.

Polkovnik Ruslan Ağasiyev

- Aprel döyüşlərində hərbi hissə komandiri olmasına baxmayaraq tutduğu strateji yüksəkliyi səhərə kimi Gizir Çobanovla erməni xüsusi təyinatlıları ilə döyüşərək saxladı.

Qeyd edək ki, həmin yüksəklik hazırda onun sayəsində ordumuzun nəzarətindədir və polkovnikin adını daşıyır.

  Gizir Tahir Misirxanov

- Aprel döyüşlərində, Lələ təpə istiqamətində düşmənin 6 tankını vurmuşdu, Ali Baş Komandan tərəfindən “Azərbaycan bayrağı” ordeni ilə təltif edilən Gizir Tahir Misirxanov cəsarəti və dəqiqliyi ilə seçilən igidlərimizdən biri oldu.

 
Gizir Əliyev Asim
 
– Hər müharibədə düşməndən azad edilən torpağa bayraq sancanlar xüsusi fərqlənən qəhrəmanlar olur. Aprel döyüşlərində Lələ təpəyə ilk bayrağımızı sancan, Ali Baş Komandan tərəfindən “İgidliyə görə” medalı təltif edilən Asim Əliyev kimi qəhrəmanlara bu xalq mütəşəkkirdir.

İstər aprel döyüşləri, istərsə də düşmənlə digər toqquşmalarda həyatı bahasına vətən torpağını qoruyan igidlər bu xalqın qəhrəmanlarıdır. Onların adları dillər əzbəri olmaqla yanaşı, cəmiyyətdə yüksək nüfuz sahibləri kimi tanıdılmalıdır. Çünki bu xalq, azadlığı və təhlükəsizliyini belə şərəfli və vətənpərvər oğullara borcludur. Növbəti məqalələrdə digər canlı əfsanələri sizlərə tanıdacağıq.

(Qeyd: Zabitlərimiz haqqında məlumatlara görə “Hərbi Xəbərlər” səhifəsinə təşəkkür edirik)

 

Nicat İSMAYILOV

 
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO

Xəbər xətti

Niderlandın Baş naziri COP29-a dəvət edildi
14:48 15.05.2024
Zelenskidən HƏYACAN TƏBİLİ
Zelenskidən HƏYACAN TƏBİLİ
14:20 15.05.2024
Suriyadan daha 8 nəfər Azərbaycana GƏTİRİLDİ
14:15 15.05.2024
Xocalıda Rusiya sülhməramlılarının Qarabağdan çıxarılması ilə bağlı tədbir KEÇİRİLİR
14:11 15.05.2024
Fransa Prezidenti Yeni Kaledoniyadakı iğtişaşlarla əlaqədar təcili iclas keçirəcək
14:10 15.05.2024
Laçının göz oxşayan son GÖRÜNTÜLƏRİ
14:03 15.05.2024
“Ermənistan bunu etməyə məcburdur” – Politoloqdan ÖZƏL AÇIQLAMA
14:00 15.05.2024
Sabaha hava proqnozu
Sabaha hava proqnozu
13:45 15.05.2024
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhid dəfn edildi
Birinci Qarabağ müharibəsində itkin düşmüş daha bir şəhid dəfn edildi
13:35 15.05.2024
Xocalı şəhərinin yeni görüntüləri - VİDEO
Xocalı şəhərinin yeni görüntüləri - VİDEO
13:25 15.05.2024
Qabiliyyət imtahanlarına qeydiyyat BAŞLAYIR
13:08 15.05.2024
Azərbaycan və Belarus XİN başçılarının görüşü keçirilir
12:55 15.05.2024
Trampın təyyarəsi qəzaya düşdü
Trampın təyyarəsi qəzaya düşdü
12:50 15.05.2024
Sabah güclü yağış gözlənilir - PROQNOZ
12:40 15.05.2024
Xocalıda RSK-nın bölgəni tərk etməsinə görə tədbir keçiriləcək - VİDEO
Xocalıda RSK-nın bölgəni tərk etməsinə görə tədbir keçiriləcək - VİDEO
12:32 15.05.2024
TARİXİ GÜN: Rusiya sülhməramlılarının Qarabağı tərk etməsi ilə bağlı tədbir keçiriləcək
12:30 15.05.2024
Pul xoşbəxtliyi satın ala bilərmi? Terapevtlərə görə varlıların qarşılaşdığı 3 problem - ARAŞDIRMA
Pul xoşbəxtliyi satın ala bilərmi? Terapevtlərə görə varlıların qarşılaşdığı 3 problem - ARAŞDIRMA
12:05 15.05.2024
Mayın 20-də lisey və gimnaziyalara ərizə qəbulu başlayacaq
11:55 15.05.2024
Latviya erməni müğənnini "qara siyahı"ya daxil EDİB
Latviya erməni müğənnini "qara siyahı"ya daxil EDİB
11:50 15.05.2024
Fransada polis pusquya salınıb - VİDEO
11:49 15.05.2024
"Azərbaycanın "Transxəzər" layihəsi İran üçün təhlükə yaradır" -İDDİA
"Azərbaycanın "Transxəzər" layihəsi İran üçün təhlükə yaradır" -İDDİA
11:42 15.05.2024
Azərbaycanda ədəbiyyat niyə ölü dövrünü yaşayır? – Yazıçılar arasında SORĞU
11:30 15.05.2024
Xankəndi-Şuşa-Laçın avtomobil yolunun inşası gələn il YEKUNLAŞACAQ
11:27 15.05.2024
Müəllimlərin işə qəbulu müsabiqəsi üzrə sənəd qəbulu BAŞLADI
11:25 15.05.2024
Çinin "iqtisadi divar" siyasəti: Profilaktika, yoxsa paranoya?
Çinin "iqtisadi divar" siyasəti: Profilaktika, yoxsa paranoya?
11:20 15.05.2024
Dünyada məcburi köçkünlərin sayı artıb - Rekord GÖSTƏRİCİ
Dünyada məcburi köçkünlərin sayı artıb - Rekord GÖSTƏRİCİ
11:15 15.05.2024
BMT-dəki daimi nümayəndə: Fransa Cənubi Qafqazdakı proseslərlə bağlı beynəlxalq ictimaiyyəti çaşdırır
11:11 15.05.2024
Bu gün Beynəlxalq İqlim Günüdür
11:05 15.05.2024
Politoco: Ukrayna Baydendən silahlara qoyulan qadağanı aradan qaldırmağı tələb edir - FOTO
Politoco: Ukrayna Baydendən silahlara qoyulan qadağanı aradan qaldırmağı tələb edir - FOTO
11:02 15.05.2024
4 Avropa XİN-i Gürcüstana təcili səfər edib - SƏBƏB
4 Avropa XİN-i Gürcüstana təcili səfər edib - SƏBƏB
10:58 15.05.2024
Türkiyədə çevriliş təhlükəsi: Ərdoğan iclas ÇAĞIRDI
10:53 15.05.2024
Makron COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevi qəbul edib
Makron COP29-un müəyyən olunmuş Prezidenti Muxtar Babayevi qəbul edib
10:41 15.05.2024
Azərbaycanda günəş stansiyalarında elektrik enerjisinin istehsalı ARTIB
10:36 15.05.2024
“Sülh müqaviləsindən sonra Ermənistan Aİ-yə inteqrasiya edə bilər” – Avstriyalı ekspert – ÖZƏL
10:26 15.05.2024
Ətin qiyməti artacaq? - VİDEO
10:20 15.05.2024
Aİ missiyası Qafqazda açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir - Rusiya XİN
Aİ missiyası Qafqazda açıq-aşkar təxribat xarakterli fəaliyyətlər həyata keçirir - Rusiya XİN
10:15 15.05.2024
Nazir idarə rəisini vəzifəsindən azad etdi
10:09 15.05.2024
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO
İranda polis hicab taxmayan qadını döyə-döyə həbs etdi - VİDEO
10:06 15.05.2024
Microsoft niyə Fransaya 4 milyard avro investisiya yatırmağı planlaşdırır?
Microsoft niyə Fransaya 4 milyard avro investisiya yatırmağı planlaşdırır?
10:05 15.05.2024
Buraxılış imtahanında ən yüksək bal toplayan şagirdin Ednews-a ÖZƏL MÜSAHİBƏSİ
10:00 15.05.2024
Hamısı