Bu gün Beynəlxalq İqlim Günüdür

Cəmiyyət 11:05 15.05.2024

Mayın 15-i dünyanın bir sıra ölkələrində Beynəlxalq İqlim Günü kimi qeyd edilir.

Ednews  xəbər verir ki, bu ekoloji bayramın təsis edilməsi meteoroloqların iqlimi indiki və gələcək nəsillərin rifahına təsir edən mühüm resurs kimi qorumaq çağırışına cavab idi.

İqlimin qorunması bu gün bəşəriyyətin üzləşdiyi qlobal problemlərdən biridir.

Qlobal istiləşmə, atmosfer qatında ozonun miqdarının artması, təbii fəlakətlər, planetdə hava şəraitinin dəyişməsi - bütün bunlar Yer kürəsinin iqliminin pisləşməsinə gətirib çıxarır. Nəticədə insanların qida, həyat və əmlak təhlükəsizliyinə, təbii ehtiyatların vəziyyətinə və dövlətlərin tarazlı inkişafına zərərli təsir göstərir. Təkcə son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin surətdə artıb və demək olar ki, hər il yeni temperatur rekordları müəyyən edilir.

Müasir elm Yer kürəsində temperatur yüksəlməyə davam edərsə, fəlakətli iqlim dəyişikliyinin nə qədər tez baş verəcəyi sualına cavab verə bilmir. Bununla belə, ekoloqların və meteoroloqların fikrincə, bəşəriyyət həmin dəyişiklikləri gecikdirməyə kifayət qədər qadirdir.

Planetdə geridönməz iqlim dəyişikliyinə səbəb olan əsas problemlər sırasında atmosferdə istixana qazlarının konsentrasiyasının artması dayanır. Həmin fenomen ilk dəfə qlobal səviyyədə 1992-ci ildə - Rio-de-Janeyroda keçirilən Yer Sammitində müzakirə edilib. 180-dən çox ölkənin nümayəndələri BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasını imzalayıblar. Həmin saziş dövlətlərin fəaliyyətlərinin atmosferdəki istixana qazlarını Yer kürəsinin iqlim sistemini qlobal antropogen təsirlə təhdid etməyən səviyyədə sabitləşdirməyə yönəlmiş ümumi prinsiplərini müəyyən edirdi.

1997-ci ilin sonunda, Kiotoda (Yaponiya) keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının tərəflərinin üçüncü konfransında Konvensiyaya əlavə olaraq beynəlxalq sənəd - Kioto Protokolu qəbul edildi.

On il sonra 2007-ci ilin dekabrında Balidə (İndoneziya) iqlim dəyişikliyinə həsr olunmuş növbəti BMT konfransı keçirildi. Bu zaman 190-dan çox dövlətin nümayəndəsi dünya liderlərini ticarət və sənaye sektorunun karbon qazı emissiyalarını azaltmasını təmin etmək üçün lazımi tədbirlər görməyə çağıran beynəlxalq müqavilə imzaladılar.

Planetdə iqlimin qorunması ilə bağlı ümumi məqsədlərə nail olmaq üçün hər bir dövlətin töhfəsi vacibdir. Yerin iqliminin qorunması planetin hər bir sakinindən asılıdır. Hər kəsin üzərinə düşəni etməsi o qədər də çətin deyil. Bunun üçün, məsələn, avtomobildən daha az istifadə etmək, mənzilləri enerjiyə qənaət edən mənbələrlə işıqlandırmaq, ağacəkmədə iştirak etmək və yaşıllıqları qorumaq olar. Bütün bunlar kiçik şeylər kimi görünür. Lakin planetin əhalisinin sayına görə həmin “xırda şeylər” çox böyük əhəmiyyət kəsb edir.

Azərbaycanda iqlim dəyişiklikləri ilə mübarizədə həyata keçirilən fəaliyyəti beynəlxalq ictimaiyyət yüksək qiymətləndirir

Azərbaycan ətraf mühitin qorunmasına, iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınmasına xüsusi önəm verir. Ölkəmizin 2030-cu ilədək sosial-iqtisadi inkişafa dair milli prioritetlərindən birinin “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilməsi, işğaldan azad edilmiş ərazilərin və Naxçıvan Muxtar Respublikasının “yaşıl enerji” zonası elan olunması, həmçinin işğaldan azad edilmiş torpaqların 2050-ci ilədək “Netto sıfır emissiya” zonasına çevrilməsinin nəzərdə tutulması, 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi bu sahədə aparılan məqsədyönlü, ardıcıl dövlət siyasətinin dərin məzmunundan xəbər verir.

Beynəlxalq ictimaiyyət Azərbaycanın iqlim dəyişmələrinin mənfi təzahürlərinin qarşısının alınması sahəsində həyata keçirdiyi fəaliyyəti yüksək qiymətləndirir. Məhz bu səbəbdən, iştirakçıların sayına, səviyyəsinə, müzakirəyə çıxarılan məsələlərin aktuallığına görə dünyada ən mötəbər tədbirlərdən biri hesab edilən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iştirakçı ölkələrin qərarı ilə 2024-cü ildə Azərbaycanda keçiriləcək.

BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı (COP) iqlim böhranının həlli yönündə çalışmaların əlaqələndirilməsi, onun aradan qaldırılması, strategiyaların işlənib hazırlanması və iştirakçı ölkələri bir araya gətirmək üçün çox önəmli beynəlxalq platformadır. Azərbaycan dövləti beynəlxalq ictimaiyyətin ona böyük hörmət və etimadının göstəricisi olan bu nüfuzlu sessiyanın yüksək səviyyədə təşkil edilməsi, ölkəmiz və bəşəriyyət üçün uğurlu nəticələrlə yekunlaşması naminə bütün zəruri tədbirləri görməkdədir.

“Xatirələr işığında Heydər Əliyev” -in təqdimatı keçirildi

Xəbər xətti

Erməni Diasporunun Qaranlıq Tarixi: Yalanlar, Lobbiçilik və Azərbaycan Həqiqətlərii
17:36 30.05.2025
"Qlobal Cənub QHT Platformasının yaranması fövqəladə hadisədir"
16:06 30.05.2025
Bələdiyyələrin vahid informasiya sisteminin yaradılması haqqında təklif qəbul olundu
13:42 30.05.2025
Nigeriyada 60-dan çox terrorçu zərərsizləşdirilib
13:05 30.05.2025
"Türkiyənin davamlı dəstəyinə ümid edirik"
12:57 30.05.2025
ABŞ Rusiya və Ukrayna arasında danışıqların ikinci raundunda iştirak etməyəcək
11:57 30.05.2025
"Xorvatiya ilə siyasi dialoqumuz əməkdaşlığımızı genişləndirmək üçün yaxşı zəmin yaradır"
11:21 30.05.2025
Daxildə Birlik, Xaricdə Etibar – Azərbaycanın Müstəqillik Formulu Oğuz Mirzə yazır...
11:21 30.05.2025
Azərbaycan millisi finalın bir addımlığında Dünya çempionatında həyəcanlı yarımfinal
10:52 30.05.2025
Azərbaycan və Çin arasında vizasız rejimə dair saziş təsdiqləndi
10:40 30.05.2025
HƏMAS Uitkoffun atəşkəs planını qəbul etmədi
10:31 30.05.2025
" İran və ABŞ arasında nüvə proqramı ilə bağlı fikir ayrılıqlarının həlli istiqamətində razılıq əldə olunmayıb"
10:27 30.05.2025
"Əmək bazarında fundamental dəyişikliklər baş verir"
10:08 30.05.2025
Azərbaycan və Pakistan ədliyyə sahəsində əməkdaşlığı genişləndirmək niyyətindədir
09:30 30.05.2025
Rusiya Zaporojyedə hava hücumları həyata keçirdi
09:15 30.05.2025
Pakistan-Əfqanıstan sərhədində qanlı toqquşma baş verib
08:58 30.05.2025
Azərbaycan Almaniya ilə yaşıl enerji sahəsində əməkdaşlıq imkanlarını müzakirə edir
08:56 30.05.2025
HƏMAS ABŞ-ın atəşkəs planını rədd etdi: "Əsas tələblərimiz yerinə yetirilmir"
08:32 30.05.2025
Di Mariya doğma klubuna qayıtdı
08:21 30.05.2025
Baydenin əvəzinə ABŞ-ni kim idarə edib? - Hökumət araşdırma aparır
08:03 30.05.2025
Antonio Konte “Napoli” ilə yollarını davam etdirir
08:03 30.05.2025
Ceki Çana və Ralph Macchioya qara kəmər verildi
07:27 30.05.2025
Putin Kim Çenə nə vəd edib? Moskva-Pxenyan hərbi ittifaqı yeni mərhələdə
07:14 30.05.2025
Ərəblər Bruno Fernandesə dörd dəfə artıq maaş təklif edirlər
07:07 30.05.2025
Kral ailəsinin üzvü kokainlə yaxalandı
06:59 30.05.2025
Yerin fırlanması yavaşlayır
05:45 30.05.2025
Hakerlər Ağ Ev Aparatının rəhbərinin şəxsi hesablarını ələ keçirib
05:43 30.05.2025
Pentaqon əməkdaşı məxfi məlumatları xaricə ötürməyə cəhd edərkən saxlanılıb
05:39 30.05.2025
Mirzə Ələkbər Sabirin doğum günüdür
00:01 30.05.2025
"Instagram" istifadəçiləri smartfonların həddindən artıq qızmasından şikayətlənirlər
16:05 29.05.2025
ABŞ-nin Suriyadakı səfirliyi işini bərpa etdi
15:50 29.05.2025
Tramp HİV pandemiyası ilə bağlı Avropa ölkələrini ittiham etdi
14:54 29.05.2025
"Amerikanın Səsi" radiostansiyasının bütün əməkdaşları işdən çıxarılacaq
14:06 29.05.2025
Azərbaycan iqtisadi mürəkkəblik üzrə artım tempinə görə lider olub
13:54 29.05.2025
Kəlbəcərdə minaya düşən hərbçimizin vəziyyəti açıqlandı
13:28 29.05.2025
Səudiyyə Ərəbistanında saxlanılan iranlı din xadimi azad edilib
13:05 29.05.2025
Britaniya kibermüharibəyə hazırlaşır? Süni intellekt və hakerlərə 1 milyard funt sterlinq ayrıldı
13:04 29.05.2025
Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri başa çatıb
13:02 29.05.2025
Azərbaycan və Səudiyyə Ərəbistanı işgüzar əlaqələri genişləndirəcək
12:29 29.05.2025
Yol polisi körpə uşaqla avtomobil idarə edən sürücülərə müraciət edib
12:27 29.05.2025
Hamısı