Prezident İlham Əliyev: - “Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq” | Eurasia Diary - ednews.net

28 May, Cümə axşamı


Prezident İlham Əliyev: - “Süni qiymət artımında əli olanlar ciddi cəzalandırılacaq”

Cəmiyyət A- A A+

“İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın.

Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar”.

EdNews-un məlumatına görə, bunu Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində deyib.

Prezident qeyd edib ki, bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər: “Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...