Laçın İcra Hakimiyyəti Ağcabədidəki evlərlə bağlı ittihamlara cavab verdi

Cəmiyyət 10:04 20.05.2020

Laçın Rayon İcra Hakimiyyəti Ağcabədi rayonunun Taxta körpü ərazisində laçınlı məcburi köçkünlər üçün tikilən evlərin paylanılması zamanı qanunsuzluqlara yol verilməsi ilə bağlı ittihamlara münasibət bildirib.

İcra Hakimiyyətindən “EDNews.net”a verilən məlumata görə, bununla bağlı rayon rəhbərliyinin ünvanına söylənilən iddiaların heç bir əsası yoxdur.

“Prezident İlham Əliyevin “Məcburi köçkün ailələrinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” 2011-ci il 21 fevral tarixli 1346 nömrəli Sərəncamına əsasən 2019-cu ildə Ağcabədi rayonunun Taxta körpü ərazisindəki Qarakeçdi obasında 245 ailəlik, Vağazin obasında 256 ailəlik, Şeylanlı obasında 144 ailəlik, cəmi 645 ailəlik üç qəsəbə inşa olunub. 

Lakin bəzi saytların və bir sıra xəbər portallarının onlara təqdim edilmiş məlumatları araşdırmadan, reallığı öyrənmədən öz səhifələrində Laçın Rayon İcra Hakimiyyəti barəsində heç bir fakta söykənməyən uydurma məlumatlar yayaraq ictimaiyyət arasında çaşqınlıq yaratması təəssüf doğurur.

Məlumdur ki, Nazirlər Kabinetinin 24.02.2017-ci il tarixli 65 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Qaydası”nın 1.5-ci bəndinə əsasən məcburi köçkünlərin müvəqqəti yerləşdirilməsi fondunun yaşayış sahələrinin verilməsi Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin qərarı ilə həyata keçirilir. Bununla yanaşı həmin Qaydanın 2.1-ci bəndinə əsasən məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi yalnız Komitənin qərarı ilə yaradılmış Komissiya tərəfindən mərhələli şəkildə icra edilir.

Belə ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən yaradılmış işçi qupu həmin yeni qəsəbələrə köçürüləcək məcburi köçkünləri yerində siyahıya alıb, onların yaşayış şəraitini əks etdirən foto və video materiallar hazırlayaraq komissiya təqdim edib. İşçi qrupunun hazırladığı siyahılar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Xususi komissiyada təkrar yoxlanılıb və evlərin paylanması həmin komissiyanın yekun qərarı əsasında həyata keçirilib.

Məcburi köçkünlərin yeni yaşayış sahələrində müvəqqəti yerləşdirilməsi ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin aparat rəhbəri, Xüsusi komissiyanın sədri Eldar Zeynalov 30.04.2020-ci il tarixdə “Real TV”də ictimaiyyət üçün geniş məlumat və izahat verib. 

Həmin qəsəbələrdəki mənzillərin paylanılması mövzusu ətrafında 19.05.2020-ci il tarixdə sosial şəbəkələrdə məqsədli şəkildə yayımlanmış videogörüntülərdə Laçın Rayon İcra Hakimiyyətinin rəhbərliyinin ünvanına səsləndirilən iddialar həqiqəti əks etdirmir, yalan, böhtan və iftiradan ibarətdir”.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı