Növbəti yumşalma mərhələsində molların, əyləncə mərkəzlərinin fəaliyyəti müzakirə olunacaq.
EDNews.net xəbər verir ki, bunu Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov Operativ Qərargahın brifinqində deyib.
"İdman tədbirlərinin bərpası da bu mərhələdə planlaşdırılır", - İ.Məmmədov söyləyib.
O qeyd edib ki, hazırda ehtiyatda 6 milyon maska var:
"Gündəlik 250 000 maska istehsal olunur. 10 milyona yaxın maska ehtiyatımız olacaq. Eyni zamanda, qoruyucu vasitələrlə ölkəmiz təmin edilir”.(axar.az)