"Avropa Məhkəməsinin qərarını icra etmək ermənilərə psixoloji üstünlük yarada bilər" - Hüquqşünas | Eurasia Diary - ednews.net

8 İyul, Çərşənbə


"Avropa Məhkəməsinin qərarını icra etmək ermənilərə psixoloji üstünlük yarada bilər" - Hüquqşünas

Cəmiyyət A- A A+

Xəbər verdiyimiz kimi, mayın 26-da Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2012-ci ildə Macarıstandan Azərbaycana ekstradisiya edilmiş Ramil Səfərovun işi ilə bağlı qərar verib.

AİHM hesab edib ki, bu işdə Konvensiyanın 2-ci (yaşamaq) (Azərbaycan prosedural və substantiv, Macarıstan substantiv baxımdan), 14-cü (ayrı-seçkiliyin qadğan olunması) maddələrinin pozuntusuna yol verilib. Nə Azərbaycan, nə də Macarıstan Konvensiyanın 38-ci maddəsinə (Məhkəmə işinin araşdırılması) əməl etməyiblər.

Qərara görə, Azərbaycan ərizəçilərə 15 min 143,33 funt strerling təzminat ödəməlidir.

Hüquqşünas Səməd Vəkilov EDNews.net-ə açıqlamasında Ramil Səfərovun barəsində çıxarılan qərara münasibət bildirib.
 

"Avropa Məhkəməsinin qərarları Quran ayəsi deyil. O da hansısa hakimlərin hüquq düşüncəsinin və ədalət mühakiməsinə baxışının nəticəsidir. Avropa Məhkəməsi Türkiyə ilə bağlı hicab məsləsinə baxarkən hicab qadağasını vicdan azadlığı hüququnun pozulması kimi dəyərləndirmədi. Burada isə görünür ki, subyektivlik və xiristian təəssübkeşliyi rol oynaya bilər. Avropa Məhkəməsinin Çıraqovlarla bağlı çıxardığı qərar Ermənistan tərəfindən icra edilmədiyi üçün bizim Respublikanın bu qərarı icra etməsi Ermənistana psixoloji üstünlük yarada bilər. Odur ki, mən bir Azərbaycan vətəndaşı kimi bu qərarı subyektiv hesab edirəm", -deyə ekspert bildirib.

Mövzu ilə bağlı oxu: XİN-dən Avropa Məhkəməsinin Ramil Səfərovla bağlı qərarına reaksiya

Gülnar Səlimova

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...