Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər | Eurasia Diary - ednews.net

3 İyul, Cümə


Bakıda ər-arvadın əl-qolunu bağlayıb döydülər, sonra qarət etdilər

Cəmiyyət A- A A+

Bakının Binəqədi rayonunda yaşayan ər-arvadsoyğunçuluğun qurbanı olub.

EDNews.net bildirir ki, bu barədə Oxu.Az-a Rayon Polis İdarəsindən xəbər verilib.

Alınan məlumata görə, mayın 26-na keçən gecə hasarın üstündən atlayan üç naməlum şəxs Binəqədi qəsəbə sakini Babək Fətullayevin evinə girib.

Onlar yatmış ər-arvada hücum edərək, 1994- cü il təvəllüdlü Fatma Fətullayevanın ayaqlarını "skotç” lentlə, ərinin əl-qolunu isə ayaqqabı bağı ilə bağlayıblar. Bundan sonra həmin şəxslər qurbanlarını döyərək, evdən 2700 manat oğurlayıb qaçıblar.

Soyğunun araşdırılması sözügedən ərazinin 43-cü Polis Bölməsinin əməkdaşları tərəfindən aparılır. Cinayətdə şübhəli bilinənlər hələ saxlanılmayıb.

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...