Bəzi ixtisaslara qabiliyyət imtahanları keçirilməyəcək DİM

Cəmiyyət 11:32 28.05.2020

Bu il ali və orta ixtisas təhsili müəssisələrinin bəzi xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək.

Dövlət İmtahan Mərkəzindən EDNews.net-ə verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən Koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilən tədbirlərə uyğun olaraq təhsil müəssisələrində tədris prosesi dayandırılıb, infeksiyanın geniş yayılmasına yol verməmək üçün sosial təcridin gücləndirilməsi ilə bağlı müxtəlif qərarlar qəbul olunub.

Bu səbəbdən V ixtisas qrupuna aid olan xüsusi qabiliyyət tələb edən bəzi ixtisaslara qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) abituriyentin topladığı yekun balı əsasında aparılacaqdır. Bununla yanaşı, COVID-19 infeksiyası ilə əlaqədar 2020/2021-ci tədris ili üçün keçirilən qabiliyyət imtahanlarında müvəqqəti şərtlər tətbiq ediləcək.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə aid xüsusi qabiliyyət tələb edən Musiqi müəllimliyi, Təsviri incəsənət müəllimliyi, Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi və Məşqçilik ixtisaslarına qəbul olmaq üçün qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) toplanılan yekun bal əsasında aparılacaqdır.

Azərbaycan Dövlət Rəssamlıq Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti və Azərbaycan Memarlıq və İnşaat Universitetinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər yalnız Rəsm fənnindən qabiliyyət imtahanı verəcəklər. Digər ali təhsil müəssisələrinin Dizayn ixtisasına qəbul olmaq istəyən abituriyentlər xüsusi qabiliyyət imtahanları verməyəcək. Həmin abituriyentlər Dizayn ixtisası üzrə müsabiqəyə yalnız qəbul imtahanının birinci mərhələsində (cari ilin məzunları üçün buraxılış imtahanında) topladıqları yekun bal əsasında qatılacaqlar.

Digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə keçirilən qabiliyyət imtahanları fənnlərinin də sayı azaldılacaqdır. Ali təhsil müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları” jurnalının 1-ci nömrəsində tanış ola biləcəksiniz. Ali təhsil müəssislərinin magistratura səviyyəsinin 70-ci proqrama aid xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üçün qabiliyyət imtahanı Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında (ADRA) yalnız ADRA-nın ixtisaslaşmaları üçün təşkil ediləcəkdir. 70-ci proqrama aid digər ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslaşmaları üzrə, həmçinin 68 və 69-cu proqrama aid olan xüsusi qabiliyyət tələb edən ixtisaslaşmalar üzrə Qabiliyyət İmtahanı Komissiyaları fəaliyyət göstərməyəcək, qabiliyyət imtahanları keçirilməyəcək, müsabiqə bakalavrın magistraturaya qəbul imtahanında topladığı bal və orta müvəffəqiyyət göstəricisi əsasında aparılacaqdır.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üçün qabiliyyət imtahanları Xanəndəlik, Vokal sənəti, Aşıq sənəti və Xoreoqrafiya sənəti ixtisasları üzrə, eləcə də, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının nəzdində İncəsənət Kolleci, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kolleci və Naxçıvan Musiqi Kollecinin (sonuncu ikisində Musiqi nəzəriyyəsi və Xor dirijorluğu ixtisasları istisna olmaqla) bütün ixtisasları üzrə keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanının qabiliyyət imtahanları mərhələsi üçün qəbul imtahanı proqramlarının tam mətni ilə Abituriyent jurnalının xüsusi buraxılışı olan "Xüsusi qabiliyyət imtahanları” jurnalının 2-ci nömrəsində tanış ola bilcəksiniz.

Rusiyada qətlə yetirilən qardaşların küt alətlə vurulduğu məlum oldu

Xəbər xətti

Prezidentlər tikiş fabrikinin fəaliyyəti ilə tanış oldular
17:28 03.07.2025
Sulutəpədə evlərdən 10 min manatlıq qızıl-zinət əşyaları oğurlanıb
17:06 03.07.2025
Emin Rusiyadakı konsertini təxirə saldı
16:19 03.07.2025
Niyə Çin ABŞ-nin yerini tuta bilməz? -Analitik Baxış
15:48 03.07.2025
Prezident İlham Əliyev Xankəndində bir sıra obyektlərin açılışında iştirak edib -YENİLƏNİB
15:09 03.07.2025
Azərbaycan karateçisi 24 aylıq diskvalifikasiya edilib
14:36 03.07.2025
Zelenski Danimarkaya gedib
14:21 03.07.2025
Rusiyada Azərbaycanın xəbər saytlarına giriş məhdudlaşdırılıb
14:00 03.07.2025
Britaniyalı pilot Kəmalə Qaramollayevaya elçi düşüb
13:39 03.07.2025
Mirziyoyev Fəxri xiyaban və Zəfər Parkında
13:22 03.07.2025
Dioqu Jota və qardaşı necə ölüblər?
12:24 03.07.2025
Çikaqonun mərkəzində kütləvi atışma baş verib
12:06 03.07.2025
Kaliforniyada baş verən güclü partlayışdan sonra yeddi nəfər itkin düşüb
11:47 03.07.2025
Türkmənistan XİN rəhbəri Füzuliyə gəlib
11:32 03.07.2025
Ramiz Zeynalovun adından istifadə edən şəxslə bağlı qərar verildi
11:17 03.07.2025
“İrəvan xanlığının mətbəxi” kitabının ingilis dilində nəşri təqdim olundu
11:02 03.07.2025
"Koreya birləşəcək"
10:47 03.07.2025
Elnur Məmmədov əfqanıstanlı həmkarı ilə görüşüb
10:37 03.07.2025
Meymunçiçəyi nəzarətdən çıxır
10:32 03.07.2025
İranda iki Fransa vətəndaşı "Mossad"a işləməkdə ittiham olunub
10:17 03.07.2025
Türkiyədə qəzaya uğrayan təyyarədə sərnişin sağ qalıb
10:02 03.07.2025
Sadır Japarov ECO sammitində iştirak edəcək
09:14 03.07.2025
"Virtsə verilən 150 milyon avroya minlərlə ağac əkmək olar"
08:59 03.07.2025
Süni intellekt binaları soyuq saxlayan boya yaradıb
08:36 03.07.2025
Atlantidanın izləri tapıldı
08:08 03.07.2025
İndoneziya sahillərində bərə batıb
07:35 03.07.2025
Reper P. Diddi hökm çıxarılana qədər həbsdə qalacaq
07:03 03.07.2025
Anomal istilər avropalılar üçün ölümcül olub
06:31 03.07.2025
Xərçəng hüceyrələrinin yayılmasının qarşısını alan maddə tapılıb
06:01 03.07.2025
Somalinin paytaxtında hərbi helikopter qəzaya uğrayıb:
02:48 03.07.2025
"İsrail hava məkanımızdan icazəsiz istifadə edib"
02:27 03.07.2025
“Kurtlar Vadisi”nin aktyoru vəfat etdi
02:04 03.07.2025
"Atam bu yeri qardaş ölkəyə verib"
01:41 03.07.2025
Azərbaycan güləşçisi Avropa çempionu oldu
01:28 03.07.2025
Araz Ağalarova qarşı icraat başladılıb
00:59 03.07.2025
Avstraliya aborigenlərin soyqırımına görə avropalılardan təzminat istəyir
00:45 03.07.2025
Dövlət Komitəsi və QMİ-nin birgə təşkilatçılığı ilə qanvermə aksiyası keçiriləcək
00:30 03.07.2025
Ukraynanın Jitomir şəhərində iki güclü partlayış baş verib
00:24 03.07.2025
Tbilisidə Azərbaycan-Gürcüstan hərbi polis əməkdaşları görüşüb
00:10 03.07.2025
Muxtar Babayev Dünya Bankı ilə "Bakıdan Belenə" yol xəritəsinin hazırlanmasını müzakirə edib
23:45 02.07.2025
Hamısı