Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı | Eurasia Diary - ednews.net

9 İyul, Cümə axşamı


Baş Prokurorluq Gəncədəki qətllə bağlı məlumat yaydı

Cəmiyyət A- A A+

Gəncə şəhər prokurorluq və polis əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində mayın 26-da şəhər sakini Asim Yusubovu qəsdən öldürməkdə şübhəli bilinən tanışı, əvvəllər məhkum olunmuş, 1960-cı il təvəllüdlü İlham Məmmədov tutularaq istintaqa cəlb olunub.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, İ.Məmmədov müdafiəçinin iştirakı ilə dindirilərkən şəxsi münasibətlər zəminində aralarında baş vermis mübahisə zamanı törətdiyi cinayəti etiraf edib.

Hazırda iş üzrə istintaq tədbirləri davam etdirilir.

Xatırladaq ki, mayın 26-da saat 08 radələrində Gəncə şəhər sakini, 1959-cu il təvəllüdlü Asim Yusubov yaşadığı Gəncə şəhəri, Təbriz küçəsi, 48 saylı ünvanda üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlərlə meyiti aşkar olunub və faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(xəzərxəbər)

EDNews.net

Mətndə səhv varsa, onu qeyd edib Ctrl+Enter düyməsini basaraq bizə göndərin.

EurasiaDiary © Xəbərlərdən istifadə zamanı hiperlinklə istinad olunmalıdır.

Bizi izləyin:
Twitter: @EurasiaAz
Facebook: EurasiaDiaryAzerbaycan


Загрузка...