"Heyvanların qana bulaşması və ölməsi hesabına eqosunu təmin etməyə çalışmaq acizlik və özünə inamsızlıqdır" Psixoloq

Cəmiyyət 16:57 28.05.2020

Bir neçə gün əvvəl sosial şəbəkələrdə naməlum şəxslər tərəfindən təşkil edilən it döyüşlərini əks etdirən videogörüntülər paylaşılıb. Bu görüntülər heyvanlara qarşı zorakılıq mövzusunu yenidən gündəmə gətirdi. Bununla bağlı "LOQOS" Psixoloji və Nitq İnkişaf Mərkəzinin Gəncə filialının baş psixoloqu Taciyə Mehdisoy “EDNews.net”-ə açıqlama verdi.

"İnsan sayı qədər xarakter var. Bəzi insanlar xeyirxah, humanist, insaflı, heç kəsi və heç nəyi incitmək istəmədiyi halda digərləri başqa insanlara və ya ümumilikdə ətraf mühitə qarşı aqressiv və təcavüzkar olar. Bu da birdən-birə yaranmır və ya anadangəlmə deyil", T.Mehdisoy söyləyib.

Ekspertin sözlərinə görə, hələ uşaqlıqdan insanın yetişdirilmə tərzi, aldığı travmalar və ya norma hesab etdiyi anormal vəziyyətlər, baxdığı bədii film və ya cizgi filmləri böyüdükdə artıq həmin insanın davranış formasına çevrilir:

"Əksər hallarda xoruz döyüşü və ya it boğuşdurulmasından zövq alan insanların burada düşmənçiliyi nə xoruzla nə də itlə olmur. İnsan hər zaman qalib olmaq istəyir, bəzən bunu özü bacarmayanda, öz özəlliyini dərk etməyəndə bu cür davalarda tərəfdar və ya tamaşaçı olmaqla zövq alır. Unudurlar ki, heyvan da canlıdır. Onların ağrıması və ya qana bulaşması, hətta ölməsi hesabına eqosunu təmin etməyə çalışmaq həm acizlik, həm insafsızlıq, həm də özünə inamsızlıqdır". 

Psixoloq bildirib ki, bu döyüşlərin "adət-ənənəyə" uyğun, zaman-zaman dövrümüzə gəlməsi də sanki insanlarda yazılmamış qanun hissini yaradır:

"Ancaq hansı canlı növü olursa olsun məhv olunmasından zövq almaq insanlığa ziddir. Gözlər gözəl hadisələr görəndə gülər və güldürər. Psixikanız sağlam qalsın deyə gözlərinizi gözəlliyə kökləyin", ekspert söyləyib.

Qeyd edək ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, videogörüntülərdə əks olunan 6 nəfərin hər birinin şəxsiyyəti müəyyən edilib. İlkin araşdırmalarla o da müəyyən edilib ki, sosial şəbəkələrdə yayılan videogörüntülər 2019-cu ilin sentyabr ayında Abşeron rayonu ərazisində çəkilib. 

Gülnar Səlimova

Xankəndi şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşü keçirilir

Xəbər xətti

Hamilə qadınlara hansı tibbi xidmətlər pulsuzdur? -TƏBİB açıqladı
12:05 08.07.2025
İyulun pensiyası nə vaxt ödəniləcək?
11:50 08.07.2025
"Nissan" avtomobillərini geri çağırır
11:35 08.07.2025
Jurnalistlər arasında intellektual yarış keçirilib
11:20 08.07.2025
Milli Məclisin iclası keçirilir -Gündəlikdəki məsələlər
11:10 08.07.2025
"Anka" Cənubi Çin dənizində
11:05 08.07.2025
Azad edilmiş bölgələrdə 6 uşaq bağçası açılıb
10:50 08.07.2025
Azərbaycan nefti bahalaşır
10:35 08.07.2025
İçində 33 ton qızıl və gümüş olan yük maşını yoxa çıxdı
10:20 08.07.2025
"Kilsəni özüm azad edəcəm"
10:05 08.07.2025
Kəlbəcərdə hərbçilər qəzaya düşdülər
09:50 08.07.2025
Çir ordusu beşinci nəsil qırıcı təyyarədən istifadə edəcək
09:45 08.07.2025
Bakı-Sumqayıt qatarlarında hərəkət qrafiki dəyişir
09:30 08.07.2025
Rusiya hökuməti meşələrin bərpası üçün Baykal gölü yaxınlığında ağacların kəsilməsinə icazə verib
09:16 08.07.2025
ABŞ-İran danışıqları gələn həftə baş tutacaq
08:46 08.07.2025
Stradivari skripkasının 80 illik heyrətamiz səyahəti
08:19 08.07.2025
"Google Maps"da sualtı "nəhəng kəllə sümüyü" aşkarlandı
07:52 08.07.2025
Yaxın günlərdə səmada nadir astronomik hadisə müşahidə olunacaq
07:27 08.07.2025
Texasda daşqınlar nəticəsində ölənlərin sayı 104 nəfərə çatıb
06:57 08.07.2025
Fırtına və daşqınlar Polşanı viran qoydu
06:26 08.07.2025
“TikTok” satılmayacaq
05:52 08.07.2025
Qətərdə “Starlink” istifadəyə verilib
05:22 08.07.2025
"Təbii qazın real alternativi yoxdur"
04:59 08.07.2025
ABŞ Cənubi Koreya və Yponiya mallarına yeni tarif tətbiq edəcək
04:29 08.07.2025
Norveç Rusiyanın iki şirkətinə sanksiyalar tətbiq edəcək
03:55 08.07.2025
"Qalatasaray" Osimhenlə razılaşdı
03:25 08.07.2025
İsrail İrana qarşı yeni hücuma hazırlaşır
02:55 08.07.2025
Rusiyada vətəndaşlığı olmayanlar da orduya aparılacaq
02:25 08.07.2025
Çinli gəncin qarnından diri ilanbalığı çıxarıldı
01:55 08.07.2025
İsrailin zərbələri nəticəsində İranda öldürülənlərin sayı 1 060 nəfərə çatıb
01:25 08.07.2025
Netanyahu Trampın Nobel sülh mükafatına namizədliyini açıqlayıb
00:54 08.07.2025
ABŞ İranla razılaşmaya ümid edir
00:24 08.07.2025
5 ay əvvəl intihara cəhd edən şair vəfat etdi
23:58 07.07.2025
DTX və DSX birgə əməliyyat keçirdi
23:28 07.07.2025
Husilər Qırmızı dənizdə gəmi batırdılar
22:53 07.07.2025
Tramp bir neçə ölkəyə qarşı gömrük rüsumları tətbiq etdi
22:22 07.07.2025
Fransada deputat intihar edib
21:45 07.07.2025
Abşeronda yaşayış binasında partlayış baş verib
21:42 07.07.2025
Fransa Epars adalarını niyə qaytarmır? -Analitik Baxış
21:16 07.07.2025
Husilər İsrailin strateji obyektlərinə hipersəs raketlərlə hücum ediblər
20:53 07.07.2025
Hamısı