Artıq Macarıstan iyunun 15-dən sonra Azərbaycanla sərhədlərini açır və gediş-gəlişə start verir. Bununla bağlı “Wizzair” aviaşirkəti bilet satışları da elan edilib.
Bu isə iyunun 15-dən sonra Azərbaycanın digər ölkələrlə sərhədləri açması anlamına gəlir.
EDNews.net xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov açıqlamasında bildirib ki, sərhədlərin bağlı qalması müddəti iyunun 15-dək qüvvədədir:
“Hazırda sərhədlərin açılması müzakirə olunur. Amma iyunun 15-nə kimi bağlı qalacaq. Həmin müddətdən sonra hansı qərar qəbul ediləcəksə, bu barədə ictimaiyyətə məlumat veriləcək”.