"Virtual dərsləri keçməklə bağlı müəllimlər qarşısında məcburiyyət yoxdur".
EDNews.net-in məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.
Onun sözlərinə görə, virtual dərslərdə məqsəd şagirdlərin pandemiya dövründə təxirə salınan dərslərini əvəz etməkdir: "Tədris ili başa çatırsa, belə bir zərurət yoxdur, ümumiyyətlə tələb də yoxdur".